Azərbaycan İdeyası

AZƏRBAYCAN RESPUBLIKASININ BAŞ PROKURORU CƏNAB KAMRAN ƏLIYEVƏ

Tarix:24-09-2020, 14:07
Baxış Sayı:1 251

AZƏRBAYCAN RESPUBLIKASININ BAŞ PROKURORU CƏNAB KAMRAN ƏLIYEVƏ
SURƏTI: AZƏRBAYCAN RESPUBLIKASININ DAXILI İŞLƏR NAZIRI CƏNAB VILAYƏT EYVAZOVA
SURƏTI: LƏNKƏRAN RAYON PROKURORU CƏNAB ELÇIN MƏMMƏDOVA
SURƏTI: LƏNKƏRAN ŞƏHƏR - RAYON POLIS ŞÖBƏSININ RƏISI CƏNAB FƏQAN AZADƏLIYEVƏ
ZƏRƏRÇƏKMIŞ ŞƏXS DADAŞOV EYNULLA IBADULLA OĞLU TƏRƏFINDƏN (ÜNVAN: LƏNKƏRAN RAYONU, LIMAN ŞƏHƏRI, H. ASLANOV KÜÇƏSI, EV – 280, TEL.: 050-318-90-28)
ƏRİZƏ
Cənab baş prokuror!
Möhtərəm Prezident İlham Əliyevin Sizinlə yeni təyin edildiyiniz baş prokuror vəzifənizdə ilk dəfə video-konfrans formatında keçirdiyi qəbul zamanı hüquq-mühafizə orqanlarında islahatların dərinləşdirilməsinin, qanunun aliliinin təmin olunmasının vacibliyi barədə verdiyi mesaj cəmiyyətimiz tərəfindən olduqca müsbət qarşılanmışdır. Çünki həqiqətən də bu müstəvidə hüquqpozmalarla üzləşmiş mənim kimi vətəndaşları narahat edən neqativ məqamlar az deyil.
Belə ki, indiyə kımı müxtəlif orqanlara müraciət etsəm də, niyəsə həmin orqanlar öz vəzifələrinı düzgün icra etməmiş, Məlikov Şahmar Allahverdi oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir əməli tədbir görülməmişdir.
Ünvanladığım şikayətlərə Daxili işlər Nazirliyinin müxtəlif strukturlarından eyni məzmunlu cavab məktubları daxil olur. Sanki bir-birləri ilə danışıb mənə cavab yazırlar. Həmin “cavab məktublarını” mən özümə söyüş kimi qəbul edirəm. Çünki mən bunlara başa sala bilmirəm ki, kənd təsərrüfatı təyinatlı torpaqların yararsız hala salınması üçün Cinayət Məcəlləsində 188-cı maddə ilə məsuliyyət nəzərdə tutulmuşdur. 3 dəfə prokurorluq (2 dəfə respublika prokurorluğu, 1 dəfə də Lənkəran prokurorluğu yenidən baxılması üçün işi Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinə qaytarıb. Sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 6(049)-18/2019 saylı qərarı (mənim şikayətimin təmin olunması barədə) ilə Lənkəran ŞRPŞ-nın İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Huseynovun 20 iyul 2019-cu il tarixli qərarı ləğv edilmişdir. Ancaq Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Toğrul Hüseynov Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin rəisi Rüfət İbayev və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan Lənkəran Rayon Prokuroru cənab Elçin Məmmədov heç məhkəmə qərarını da saymırlar. Məhkəmə qərarı onlar üçün kağız parçasıdır.
Aradan 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, mənə Lənkəran ŞRPŞ-nın İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Toğrul Hüseynov tərəfindən heç bir məlumat verilməmişdir. Vəkilimin hazırlayıb göndərdiyi 29 yanvar 2020-ci il tarixli məktub da cavabsız qaldığından, bu il 2 dəfə teleqram vurmuşam. Teleqramların 1-cisini bilmədiyim səbəbdən üstümə qaytardılar. 2-cisini vurdum və yazdım ki, mən 1-ci teleqramı geri qaytarılmaq üçün yox, tədbir görülməsi üçün göndərmişəm. Yalnız bundan sonra artıq Toğrul Hüseynovu baş müstəntiq vəzifəsində əvəzləmiş olan Vurğun Məmmədov məni dəvət edib şifahi söhbət etmiş, mənə və qohumlarıma aid olan başıbəlalı torpaq sahəsinə yerində baxış keçirəcəyini vəd etmişdir. Sonra o, məsələ ilə bağlı heç bir hərəkət etməmiş, hətta telefon zənglərimə də cavab verməmiş, bir sözlə, sələfi Toğrul Hüseynovun yolu ilə getmişdir. Ümumiyyətlə, 3 ildir davam edən bu çəkişmənin hüquq-mühafizə orqanları tərəfindən hər hansı növbəti prosessual hərəkətin müşahidə olunmasının arası aylar çəkmişdir - mənim üçün əsəb gərginliyi, dərin streslərlə, mənəvi iztirablarla keçən, vaxt və enerji itkisi, çəkdiyim xərclərlə müşayiət olunan, müraciət etmədiyim instansiya, döymədiyim qapılar qalmayan aylar!!! İstintaq Bölməsinin hər dəfə çıxardığı, mənə göndərmək vəzifəsinin olduğunu unutduğu, hər dəfə aylar sürən cəhdlərimdən sonra götürməyə nail olduğum haqsız qərarlar isə bir-birini məzmununa, nöqtəsinə - vergülünə kimi təkrarlamış, yalniz tarixləri ilə fərqlənmişlər.
Cənab baş prokuror, görəsən Lənkəran ŞRPŞ-nin istintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Hüseynovun, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin rəisi Rüfət İbayevin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan Lənkəran Rayon Prokuroru cənab Elçin Məmmədovun Məllkov Şahmar Allahverdl oğlu barəsində cinayət işi başlamaqdan çəkinmələrinin səbəbi nədir? Bu məqamda yenə cənab Prezidentimizin sözlərindən sitat gətirməyi məqsədəuyğun sayıram: “...Ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır...” Bu nöqteyi-nəzərdən, adlarını çəkdiyim məmurlar qeyri-peşəkardırlarsa, vəzifələrindən kənarlaşdırılmalı, təmənna güdürlərsə, barələrində ölçü götürülərək məsuliyyətə cəlb olunmalıdırlar.
Cənab baş prokuror, sonda qeyd edim, digər hallar kimi Sizin tərəfinizdən tapşırıq veriləcəyi halda əminəm ki, Məlikov Şahmar Allahverdi oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi çox çəkməyəcək, əks halda Sizin baş prokuror vəzifəsinə irəli çəkilməyinizlə hüquq - mühafizə və cinayət təqibi orqanlarına artmış olan inamım elə qəlbimdəki beşikdəcə dəfn olunacaq.
Qeyd edilənləri nəzərə alaraq,

XAHİŞ EDİRƏM:
1. Lənkəran Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 6(049) -18/2019 saylı qərarına əsasən aparılmış əlavə araşdırma və edilmiş hərəkətlər barədə mənə məlumat verilməsini təmin edəsiniz;
2. Mənə məxsus olan Liman şəhərindəki pay torpağımdan torpağı qanunsuz olaraq qazıb satmış Məlikov Şahmar Allahverdl oğlu barəsındə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işi başladasınız;
3. Mənə qarşı baş verən haqsızlıqlara son qoyasınız;
4. Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Hüseynov, Lənkəran ŞRPŞ-nin istintaq Bölməsinin rəisi Rüfət İbayev və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan Lənkəran Rayon Prokuroru cənab Elçin Məmmədov barəsində ən azından intizam tədbirləri gördürəsiniz;
5. Mənim işimi şəxsi nəzarətinizə götürəsiniz.


İmza: Dadaşov Eynulla İbadulla oğlu
Tarix: 15.05.2020 [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO