Azərbaycan İdeyası

Daha bir qəzetin adının Mətbuat Şurasının "qara siyahı"sına salınması tövsiyə olunub

Tarix:27-01-2016, 18:05
Baxış Sayı:500

Daha bir qəzetin adının Mətbuat Şurasının "qara siyahı"sına salınması tövsiyə olunub



Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası növbəti iclasını keçirib. Bu barədə "Report"a Şuradan bildirilib.
Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib.
Belə məsələlərin 21 olduğunu bildirən V.Rəhimzadə bunlardan altısının Şuranın Şikayətlər üzrə Komissiyası, digərlərinin isə MŞ Katibliyi tərəfindən təqdim edildiyini deyib.
Öncə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının son iclasının rəyləri müzakirə olunub. Qeyd edilib ki, "Xalq tribunası" qəzetinin fəaliyyətində etik prinsiplərə sayqısızlıq, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn məqamlar üstünlük təşkil edir. Buna görə də həmin kütləvi informasiya vasitəsinin adının Şuranın "qara siyahı"sına salınması üçün İdarə Heyətinə müvafiq rəyin təqdimatı məntiqi sayılıb.
Komissiya qəzet barədə ilkin müzakirədən sonra Mətbuat Şurasına Abşeron Dövlət Arxiv İdarəsindən ünvanlanan şikayətdə ifadəsini tapan məqamların da buna əsas verdiyi qənaətinə gəlib.
İclasda Şikayətlər üzrə Komissiyanın pia.az, azfakt.az, azerinfo.org, reportyor.tv saytları barədə rəyinə də münasibət bildirilib. Məsələ ilə bağlı bir sıra nüansların araşdırılma mərhələsində olduğu göstərilib. Komissiya bunu əsas götürərək məsələyə araşdırma başa çatdıqdan sonra yenidən qayıtmağı məqbul sayıb.
Komissiya digər şikayətlər barədə də müvafiq rəylər çıxarıb.

OXŞAR XƏBƏRLƏR
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Türkiyədə ZƏLZƏLƏ OLDU
Türkiyədə ZƏLZƏLƏ OLDU
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI