Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Goran-Qızılhaclı yolunda qeydə alınıb.
Hərəkətdə olan “Mercedes-Benz” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Nail Bəylərovu vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.