Azərbaycan İdeyası

Arxiv xidməti “yuxulayan rejim”də işləyir

Tarix:7-05-2025, 13:10
Baxış Sayı:115

Arxiv xidməti “yuxulayan rejim”də işləyir

Azərbaycan Respublikasının bütün fiziki və hüquqi şəxsləri dövlət arxiv fondu sənədləri əsasında arxiv arayışları almaq hüququna malikdirlər. Dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında müvafiq qanunvericilik aktlarına uyğun olaraq fiziki və hüquqi şəxslərə, idarə, təşkilat və müəssisələrə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, arxiv çıxarışı və yaxud sənədlərin təsdiq olunmuş surətlərini verir.

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Nadir Hüseynov küçəsi, döngə 9, ev 4 ünvanda yaşayan Heydərova Gülzar Nasu qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına 06.05.2025-ci il tarixli ərizə ilə müraciət edərək arxiv xidmətinin onun müraciətinə laqeyd yanaşmasından şikayətlənib.

Vətəndaş G.Heydərova yazır ki, yaşadığı ünvanda yerləşən, mərhum qaynatası Heydərov Yadulla Həsən oğlunun (təv. 16.04.1928) adına olan torpaq sahəsini qanuni yolla sənədləşdirmək üçün 2024-cü ilin dekabr ayında 5 saylı “ASAN Xidmət” Mərkəzinə müraciət edib. Mərkəzin reyestr şöbəsindən ona bildiriblər ki, axtardığı sənədlər onlarda yoxdur, arxiv şöbəsinə müraciət etsin. Arxivdən isə ona 30 (otuz) iş günündə cavab veriləcəyini vəd ediblər. Fevral ayının əvvəlində isə bildiriblər ki, müracəti üzrə sənədləri sistemdə çıxmayıb. Həmçinin məlumat veriblər ki, il ərzində 3 (üç) dəfə sorğu göndərmək hüququ vardır.

G.Heydərova fevral və mart aylarında da qaynatasının adına olan həmin evin 1957, 1959 və 1960-cı illərə aid olan sənədlərinin tapılması üçün arxivə təkrar müraciətlər göndərib. Lakin bütün səylərinə baxmayaraq, heç bir nəticə olmayıb, evin sənədləri tapılmayıb. Odur ki, qeyd etdiyi faktların mediada ictimailəşdirilməsini, evinin sənədlərinin arxivdən tapılmasında köməklik göstərilməsini redaksiyamızdan xahiş etmişdir.     

Xatırladaq ki, sosial-hüquqi xarakterli arayışlar pulsuz verilir. Arxiv xidməti müddətinə görə adi qaydada 15-30 iş günü ərzində, sürətləndirilmiş qaydada isə 4-7 və ya 1-3 iş günü ərzində göstərilir. Göründüyü kimi, vətəndaş G.Heydərovanın ilk müraciətinə mümükün olan ən gec müddətdə, 30 iş günündə, başqa sözlə, “yuxulayan rejim”də “baxılıb”. Laqeydlik də elə buradan başlanır.

Onu da qeyd edək ki, daşınmaz əmlak üzərində əşya hüququnun təsdiq edilməsi haqqında sənəd barədə sorğu verildikdə vətəndaş dəqiq tarix bilmirsə, maksimum 1 il müddətində təxmini tarix (mövzusu 1920-ci ilə qədər olan sorğular üzrə maksimum 5 il, mövzusu 1920-ci ildən sonra olan sorğular üzrə 1 il) verə bilər. Bizim misalda vətəndaş 1957-ci ilin əvvəlindən 1960-cı ilin sonunadək dövrü əhatə edən dəqiq tarix göstərir.

Arxiv xidməti sistemdə Yadulla Heydərovun adına DƏDRX-dən torpaq üçün verilmiş “çıxarış” sənədi də axtarmalı deyil. Çünki "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun yalnız 10.08.2004-cü il tarixdə qüvvəyə minib. Ola bilsin ki, daşınmaz əmlaka dair həmin sənəd icra hakimiyyəti orqanı tərəfindən verilmiş order və ya daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri formasında ola bilər.

Araşdırmamız davam edir.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir