Azərbaycan İdeyası

Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb - FOTO

Tarix:28-09-2023, 10:52
Baxış Sayı:323

Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb - FOTO
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şüşün kənd sakini, əvvəllər məhkum olunmuş Baxış Sadıqov saxlanılıb.

Onun kənd ərazisində işlətdiyi kafeyə keçirilən baxış zamanı 24 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, yaşadığı ünvanın yaxınlığından keçən Kür çayının sahilinə keçirilən baxış zamanı isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 29 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı B.Sadıqov narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu etiraf edib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kür çayı sahilində çətənə kolu yetişdirən şəxs saxlanılıb - FOTO

OXŞAR XƏBƏRLƏR
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
İctimai nəqliyyatda yaşlılarla cavanlar  arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”