Azərbaycan İdeyası

"Yenə "azəri" sözü haradansa xortlayıb..." "Azəri" nəmənədir?

Tarix:6-03-2017, 10:35
Baxış Sayı:717

"Yenə "azəri" sözü haradansa xortlayıb..." "Azəri" nəmənədir?

Yenə "azəri" sözü haradansa xortlayıb. Həyatda ən sevmədiyim sözlərdən biridir. Bu kəliməni istifadə edənlərə hörmət etmirəm.

Niyə? Məsələnin məğzi nədir?

Bu gün ətrafınızda tanıdığınız millətlərin əksəriyyəti Hind-Avropa xalqlarıdır: farslar, ermənilər, ruslar, yunanlar, almanlar, fransızlar, italyanlar, hindlilər, pakistanlılar və s. Cənubda semit xalqları, yəni ərəblər və yəhudilər yaşayırlar. Hind-Avropalıların Avrasya qitəsində "hakimiyyətinə" mane olan yeganə xalq Altay ailəsidir. Xüsusilə də türklər.

Altay ailəsinə müxtəlif xalqlar aiddir. Məsələn, yaponlar, koreyalılar, monqollar, finlər və s.
Tarixdə təkzibolunmaz bir neçə həqiqət vardır:

- Qafqazdan Moskvaya qədər bütün regionda yaşayan qədim xalq skiflər olmuşdur. Skiflər heç bir yazılı abidə buraxmayıblar. Şəhərləri taxtadan olub. Önəmli insanlarını kurqanlarda basdırıblar.

- Mesopotamiyadan Van gölünə qədər yaşayan şumerlərin etnik kimliyi dəqiqləşdirilməyib. Onların dili haqqında yeganə təsdiq olunmuş fakt söz kökünə şəkilçi əlavə edərək danışdıqlarıdır. Məsələn, ata, atanın, atamın, atamdan və s. kimi.

- Qafqazda aparılmış bütün genetik araşdırmalar bölgəyə Hind-Avropa xalqlarının gəlmə olduğunu sübut edir. Öz qonşuları ilə yeganə yaxınlığı olan xalq ermənilərdir. Öz də Qarabağ erməniləri. Onlara genetik olaraq ən yaxın xalq azərbaycanlı türklərdir.

- Qafqazda yaşayan özünü "türk" sayan xalqlar və Qafqaz xalqlarının bölgəyə "doğma" olduğunu isbat edən genetik araşdırmalar var.

- Herodotun yazdığına görə, Qafqaz Azərbaycanının "ağası" massaget adlanan xalq olub. Onların Tomris adında lideri haqqında da orada yazılıb. Massagetlər praktik olaraq skiflər kimi məişətə sahib olublar. Yazılı abidə buraxmayıblar.

- İndiki Cənubi Azərbaycan ərazisi isə Midiya olub. Oranın xalqı Göydə oturan tanrıya sitayiş ediblər. Çox qanunpərəst olublar. Öz qonşuları farsları sevməyiblər, onlara uzun müddət ağalıq ediblər, amma axırda özlərinə qan qohumluğu çatan Kir tərəfindən məğlub edilərək Persiyaya qatılıblar. Yazılı abidə qoymayıblar.

- Hind-Avropa xalqları əksər hallarda daşdan tikilmiş abidələr buraxıblar. İsa Məsihə qədər Yaxın Şərqdəki bütün abidələr Hind-Avropalı və semitlər tərəfindən inşa edilibdir.

- Türk etnosuna mənsubiyyəti artıq şübhə doğurmayan hunlar, suvarlar, xəzərlər isə ancaq taxtadan ev tikiblər, görkəmli insanlarını kurqanlarda dəfn ediblər. Onların məişətinin bütün çalarları skiflərlə eynidir.

İşin qısası.

Avrasiya qitəsi Moskvadan Qəzvinə qədər skif, massaget, midiyalı, xəzərlər, hunlar və suvarların hakimiyyətində olub.

Xalqların mənşəyini araşdıran ilk alimlər orientalistlər olublar. Onlar hindlilər, farslar, assurlar kimi xaqların daşdan tikdiyi möhtəşəm əsərlərin, şəhərlərin təsiri altında valeh olublar. Türklərin buraxdığı balballar də qoyun heykəlləri həqiqətən də Persepolis şəhəri və ya Babil qülləsinin yanında kiçik qalırdı və əsrlər boyu heç kəsin diqqətini cəlb etmirdi.

İlk orientalist alimlərin əksəriyyəti iranşünas idi. Daha sonra macarların və qismən də almanların təsiri ilə türkologiya sahəsi inkişaf etdi. Amma artıq gec idi. Klassik orientalistlər skifləri, massagetləri, sarmatları, hunları, suvarları, midiyalıları irandilli xalqlar elan etmişdilər.
Daha sonra türkologiya elmi hunları, xəzərləri və suvarları birmənalı türk olduqlarını isbat etdi.
Ortada böyük bir problem yarandı: Qafqaz və Orta Asiya türkləri kimlərdir? İraqdan Dərbəndə qədər yaşayan türklər kimlərdir?

Orientalizm daha öncə yaranan bir elmi axımdır. Onun əsas elmi metodu "dilçilikdir". Xalqın etnik kökü haqqında ancaq yazılı mətnlərə və yaşayan dillər üzərindən fikir yürüdür. Bu metod İraqdan Dərbəndə qədərki türk dilini izah edə bilmirdi. Orientalistlər bunu ancaq bir müddəa ilə izah edirlər: türklər bu bölgəyə əvvəlcə hun, daha sonra səlcuqlar olaraq gəldilər və bölgə xalqının dilini türkləşdirdilər. Bu tezisi havada yaxalayan iranlı bir türk olan Əhməd Kəsrəvi keçmiş midiyalıların əslində irandilli olduğunu, daha sonra bu bölgədə yenə irandilli "Azəri" xalqının yaşadığını, amma daha sonra türkləşdiyini iddia etdi. Ondan sonra da başladı həngamə.

Hələlik bu fikrin tutunduğu iki inanc var:

- Skiflər irandilli xalqdır.
- Massagetlər Herodotun yazdığı kimi Orta Qafqazda (indiki Azərbaycan respublikasında) paytaxtı Bərdə olan bölgədə deyil, əslində Orta Asiyada Amudərya çayı sahilində yaşayıblar.

Orientalistlərin vəziyyəti gedərək çətinləşir. Skiflərin türk olduğuna dair ciddi alimlərin açıqlamaları artır. Əvvəllər mövcud olmayan genetik təhlil metodu meydana çıxdı və buna görə bölgədəki türklər öz qeyri-türk qonşuları ilə həm ana (mitoxondrial), həm də ata tərəfdən tamamilə eyni çıxır.

Yaxşı, bu türklər bura gəlmə idisə, bu genetik eynilik nədir?

Azərbaycanlı türk Orta Asiyadakı türkmən ilə eyni xalqdırsa, niyə bu ikisinin arasındakı bənzərlik azdlr? Orta Asiyadan gələn "ataların" genetik izi niyə Qafqazda bəlirgin deyil? Orta Asiyadan gələn "ata" yoxdursa, Qafqazda və indiki İranda bu türklər haradan çıxdılar?

Tarixçi olmasam da, bu mövzuda çoxlu elmi araşdırma oxumuşam. Məncə tarix elmi axırda bu faktları qəbul edəcək:

- Skiflər türkdürlər.
- Massagetlər elə Qafqazda yaşayan skiflərdir.
Midiyalıların haqqında nə qənaətə gələcəklərini deyə bilmərəm.

"Azəri" termini müasir iranşünaslığın artıq qəbul etmək istəmədiyi siyasi bir anlayışdır. Elmi platformda bu termini "uduzduqları" üçün ancaq siyasi platformda aradabir xortladırlar.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
flyem 18 may 2017 12:13
  Жалоба     
Shechtman, a former brand consultant toms outlet uk for Kraft and TOMS shoes, founded Story cheap toms shoes in 2011. The 2,000-square-foot "start-up store" in Manhattan features a rotating line-up of merchandise, which changes toms sale every four to eight weeks, the company says.
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO