Azərbaycan İdeyası

Türk polisi 500 nəfərlik əməliyyata başladı

Tarix:10-06-2016, 19:21
Baxış Sayı:311

 Türk polisi 500 nəfərlik əməliyyata başladı
Türkiyənin Diyarbəkir vilayətinin Dağlar rayonunda 500 polisin iştirakı ilə təhlükəsizlik əməliyyatı keçirilib.

Axar.az xəbər verir ki, Diyarbəkir Polis İdarəsinin rəisi Adnan Daşdan təlim məqsədi ilə keçirilən əməliyyatda şəxsən iştirak edib.

Təlim rayonun 6 nöqtəsində baş tutub. Burada xüsusi təyinatlı polislərdən ibarət qruplar küçələrdə şərti şübhəli şəxsləri yoxlayıb.

Daha sonra vətəndaşlarla görüşən Adnan Daşdan sakinlərin problemlərini dinləyib, göstərişlər verib.

Təlimlərdən sonra jurnalistlərə açıqlama verən Adnan Daşdan insanların təhlükəsiz gediş-gəlişini bərpa etmək üçün belə bir təlim keçirdiklərini deyib:

“Məqsədimiz odur ki, insanlar daha dinc və etibarlı şəkildə yaşasın. Asayişi qoruyacağıq. Yeni bölgələr yaratmışıq”.

Xatırladaq ki, 15 martdan etibarən PKK terrorçuları bölgədə barrikadalar qurmuş, vətəndaşlara məxsus xeyli avtomobili yandırmışdı. Bir həftə davam edən əməliyyatlardan sonra vəziyyət bir qədər normallaşıb

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib