Azərbaycan İdeyası

Böyük Britaniyanın türk əsilli yeni baş naziri

Tarix:24-06-2016, 20:19
Baxış Sayı:933

Böyük Britaniya Avropa Birliyindən çıxdıqdan sonra istefa verən baş nazir
Devid Kemeronun postuna əsas namizəd olaraq keçmiş London meri Boris Conson göstərilir.
Conson ölkənin Birlikdən çıxmasının əsas tərəfdarlarından olub. Mühafizəkarların
görkəmli siyasətçilərindən sayılan Boris Conson uzun müddət Londonun meri olub,
bir neçə ay əvvəl isə postunu pakistanlı rəqibinə uduzub.
Hər zaman maraqlı çıxışları, metro, velosiped kimi nəqliyyat vasitələrində paylaşdığı
şəkillərlə kütlənin diqqətini cəlb etməyi bacaran Conson əslən türkdür. Baş Nazirliyə
yeni namizəd linç edilərək öldürülən Osmanlı imperiyasının sonuncu Daxili İşlər naziri Əli Kamalın nəvəsi Stenli Consonun oğludur.
İndiki baş nazir Devid Kemeronla 40 ildir dost olan 52 yaşlı Conson keçmiş dostunun
istefa qərarına təəssüfləndiyini yazıb. Amma onun bu açıqlaması Böyük Britaniyanın
Avropa Birliyinin tərkibində qalmasını istəyənləri sakitləşdirə bilməyib. Boris Consonun evi qarşısında etirazlar baş verib.
Kemeronun həyat yoldaşı da ərinin istefa qərarına kədərini gizlədə bilməyib.
Onun göz yaşlarına çətinliklə hakim olduğu kameralardan yayınmayıb.
Böyük Britaniyanın türk əsilli yeni baş naziri
Böyük Britaniyanın türk əsilli yeni baş naziri
Böyük Britaniyanın türk əsilli yeni baş naziri
Böyük Britaniyanın türk əsilli yeni baş naziri
Böyük Britaniyanın türk əsilli yeni baş naziri
Böyük Britaniyanın türk əsilli yeni baş naziri

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı