Azərbaycan İdeyası

XÜSUSİ MÜLKİYYƏTÇİLƏR DƏ "QIRMIZI KİTAB"IN TƏLƏBLƏRİNƏ RİAYƏT ETMƏLİDİRLƏR

Tarix:26-05-2017, 13:30
Baxış Sayı:365

Qızılağac ağacı Qozağacıkimilər fəsiləsindən birevli, ayrı cinsli ağac və ya kol cinslidir. Kənarı dişli olan yarpaqları növbə ilə düzülür. Əksəriyyəti erkən yazda, hələ yarpaq açmamış çiçəkləyir. Çiçəkləri sırğacıqlarda yerləşir. Meyvəsi birtoxumlu fındıqçadır. Paxlalı bitkilər kimi, qızılağacın da köklərində yumurcuq bakteriyaları olur. Qızılağac 100 il, nadir halda isə 300 il yaşayır. Əsasən çayların sahilində, münbit, yaxşı aerasiya olunan, çox rütubətli torpaqda, bəzi növləri isə qumluq və daşlıq yerlərdə bitir..
Şimal yarımkürəsində 42-47 , keçmiş SSRİ-də 10-15, o cümlədən Azərbaycanda 3 növü yayılmışdır: Ürək yarpaqlı Qızılağac (A.Subcordata), Boz Qızılağac (A.Insana) və Saqqallı Qızılağac (A. Bardata). Azərbaycanın "Qırmızı Kitabı"na salınan Ürəkyarpaqlı Qızılağacın hündürlüyü 28-30 m-ə (bəzən 35 m-ə) diametri 160 sm-ə çatır. Oduncağı qırmızımtıl olur. Qabığında çoxlu aşı maddəsi vardır. Qızılağacın havada qızaran açıq rəngli, yüngül oduncağı mebel, tara istehsalında, sualtı və yeraltı qurğularda tikinti materalı kimi işlədilir. Bəzi növlərinin qozlarından alınan maddə təbabətdə: kolit və dezinteriyanın müalicəsində, qabığı isə boyaqçılıqda, bir çox növü isə yaşıllaşdırmada istifadə edilir.
Zaqatala rayonunun Faldarlı kənd sakini Sadiq Durmuşov redaksiyamıza müraciət edərək bildirmişdir ki, rayonda Qızılağac cinsindən müxtəlif diametrlərdə olan köküstə yaş ağacların kütləvi kəsilməsi baş alıb gedir. O, hətta qızılağac köklərinin satılması barədə 07.02. 2017-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt" məlumat mərkəzinə də məlumat vermişdir. Həmin müraciət 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə Əliabad Bələdiyyəsinin sədri C. Əliyevlə birgə yerində araşdırılmışdır. Ərazi Şöbəsi vətəndaş S. Durmuşova yazdığı 14.02.2017-ci il tarixli 134 saylı məktubda araşdırmanın nəticəsini belə izah etmişdir: "Araşdırma zamanı müraciətdə qetd olunan Qızılağac cinsindən müxtəlif diametrlərdə olan köküstə yaş ağacların kəsildiyi ərazi Əliabad kənd sakini Şabanov Şaban Abizar oğluna məxsus pay torpağı olduğu müəyyən edildi (Əsas: Əliabad bələdiyyə sədrinin 09 saylı 09.02.2017-ci il tarixli arayışı və Əliabad qəsəbə "Yer Quruluşu Layihə" xəritəsindən çıxarış). Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 12-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin xüsusu mülkiyyətində olan torpaq sahələrində yerləşən ağac-kol bitkiləri, qanunvericiliklə bağlı hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən ağac-kol bitkiləri üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası Meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir".
Azərbaycan Respublikasının «Qırmızı Kitabı» haqqında ƏSASNAMƏ-nin "Azərbaycan Respublİkasının «Qırmızı Kİtabı»na daxİl edİlmİş heyvan və bİtkİ növlərİnİn mühafİzəsİ, törəyİb artması və İstİfadəsİ qaydaları və tələbləri" adlı V maddəsinin 2-ci bəndində göstərilir: Ərazilərində Azərbaycan Respublikasının «Qırmızı Kitabı»na daxil edilmiş heyvan və bitki növləri olan torpaq istifadəçiləri, mülkiyyətçiləri (mülkiyyət formasından asılı olmayaraq) həmin növlərin mühafizə rejiminə əməl etməli və onların təbii törəyib artmasını təmin edən şərait yaratmalıdırlar". Aşkar görünür ki, 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları sözügedən ərazidə araşdırma apararkən hansısa naməlum səbəbdən "qanunvericiliklə bağlı digər halları" müəyyən etməyə meylli olmamışlar. Belə çıxır ki, Əliabad kənd sakini Şabanov Şaban Abizar oğlunu "Qırmızı Kitab"ın tələblərinə əməl etmədiyinə görə məsuliyyətə cəlb etmək fikirləri yoxdur. Hətta ola bilsin ki, ağacların satılmasına rəvac verərkən Şabanova heç bir məsuliyyət daşımayacağına öncədən zəmanət verilmiş olsun.
Mövzuya qayıdacağıq.


Sadiq Fəxrəddinoğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO