Azərbaycan İdeyası

QIZILAĞAC QORUĞU VƏ YA QORUNMASI?

Tarix:2-08-2016, 11:49
Baxış Sayı:521

QIZILAĞAC QORUĞU VƏ YA QORUNMASI?
QIZILAĞAC QORUĞU VƏ YA QORUNMASI?


Azərbaycan iqlim şəraitinə görə dünyada seçilən ölkələr sırasındadır.
Füsünkar təbiiəti və doqquz iqlim qurşağında yerləşən ölkəmiz təbii ehtiyatlarına, fauna və florasına görə daima cəlb edici görsənib. Ölkəmiz isdər iqtisadi isdərsə də sosial baxımdan inkişaf etsə də burda əsas diqqəti göz oxşayan təbiiət çəkir. Hər il müxtəlif ölkələrdən respublikamıza gələn turistlər məhz füsünkar təbiiət və iqliminə görə bizim ölkəyə aşiq olduqların deyirlər. Lənkəran şəhəri respublikanın cənu- qərbində xəzər dənizindən bir qədər kənar yerləşən gözəl şəhərlərimizdən biridir. Lənkəran şəhəri isdər iqtisadi, isdər sosial, isdərsə də təbiiəti ilə turusrlərin hər zaman diqqətin cəlb edib. Lənkəran şəhəri bütün dünyada da məşhur olan təbiiəti və gözəliyi ilə göz qamaşdıran nadir qoruqlar diyarıdır. Qızılağac dövlət təbiət qoruğu — 1929-cu ildə Xəzər dənizi (gölü) sahilinin cənub-qərbində 88,4 min hektar ərazidə köçəri, su, bataqlıq və çöl quşlarının qışlaması, artırılması və qorunması məqsədilə yaradılmışdır. Ərazisi və ətrafı su, bataqlıq və yarımsəhra bitkiləri ilə zəngindir. Qoruq 1976-cı ildə (SSRİ dövründə) YUNESKO-nun siyahısına "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında" Konvensiyanın su bataqlıq regionunun biri kimi daxil edilmişdir. Qızılağac və Kiçik Qızılağac kərfəzləri və onların sahil zolaqlarını əhatə edir. Təqribən 50%.i su akvatoriyasıdır. Su qöşlarının qışladığı əsas yerlərdəndir. Sahil zonasında göl və bataqlıqlar var. Azərbaycan müstəqilliyini elan etdikdən sonra həmin Konvensiyaya qoşulmuş və qoruq 2001-ci ildə yenidən Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir. Kür–Araz və Lənkəran ovalıqlarında yerləşir. Ancaq bu təbii qoruq indi işbazların əlində əsirə çevrilib. Onların şəxsi malı kimi canları isdədikləri kimi davranırlar. Qorunması mütləq olan nadir, quşlar, balıqlar, heyavanlar, bitkilər və ərazi onların qazanc mənbəyinə çevrilib. Ölkə başçısı cənab İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, vəzifəyə təyin olunan insanlar əhaliyə və ölkəsinə canla -başla təmənnasız xidmət gösdərməlidir. Lakin bu sözlər Qızılağac Dövlət Qoruğunun direktoru Yadulla Eyvazovun deyəsən heç vecinədə deyil. Əgər belə olmasaydı O, Qızılağac Dövlət Qoruğunu qoruyardı, daha onun qənimi kəsilməzdi. Bütün dünyanın qibtə ilə baxdığı bu qoruq Yadulla müəllimin nədənsə maraqlarına öz bildiyi kimi xidmət edir. Qoruq Allahın bizə bəxş etiyi nadir təbiiət abidəsi hesab olunur. Qızılağac təbiiət qoruğunun ərazisinin baxımsızlığı, qorunması gərəkən heyvanların qanunsuz ovu və sairə. Bəs görəsən Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə Yadulla müəllimin bu əməllərini görmür və ya görmək isdəmir. Dövlətə məxsus ərazini özünküləşdirib sadəcə onda cibinin dolması xatirinə maraqlanmaq bu insan təbiiətinə belə ziddir.

Nə vaxtsa Yadulla Eyvazovun bu əməllərinə dur deyən olacaqmı? Nadir qoruqlarımızdan olan Qızılağac Dövlət Qoruğu "qızıl soyğunçuların" işğalından azad olacaq. Yəqin tezliklə görərik...

OXŞAR XƏBƏRLƏR
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Sabah 27 dərəcə İSTİ OLACAQ
Sabah 27 dərəcə İSTİ OLACAQ
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Yasamalda “nəzarət” adı ilə vətəndaşa təzyiq: “Uçaskovı” Rəfail kimə arxayındır?
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Azərbaycanda mütəşəkkil dəstə ifşa edildi - 89,5 milyon manatlıq dələduzluq
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Daha 16 itkin-şəhid dəfn olunacaq+SİYAHI
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
TƏBRİK EDİRİK+FOTO
TƏBRİK EDİRİK+FOTO
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI
Dolu düşəcək, sulu qar yağacaq - SABAHIN HAVASI