Azərbaycan İdeyası

"Kirayə haqqını ödəyə bilmədiyimdən vaxtaşırı olaraq övladımla birgə parklarda gecələməyə məcbur oluram" - Şəhid ailəsinin mənzil növbəsi nə vaxt yetişəcək?

Tarix:26-05-2017, 13:31
Baxış Sayı:372



Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Albalılıq - 2 bağ sahəsi 212 saylı bağ evində qeydiyyatda olan, hal-hazırda Yasamal rayonu Zaur Kərimov 201 ünvanda kirayə yaşayan Məhərrəmova Arzu Həsən qızı redaksiyamıza ərizə ilə müraciət edərək özünün I qrup əlil olduğunu, həyat yoldaşı Rafiq Məhərrəmovun 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olduğunu bildirmişdir.
"Qız övladım Məhərrəmova Sevda Rafiq qızı şəraitsizlik ucbatından 7 aylığında erkən dünyasını dəyişib. 30.04. 2013-cü ildən mənzil növbəsindəyəm. Ailə-məişət vəziyyətim olduqca ağırdır".
Arzu Məhərrəmova redaksiyaya göndərdiyi ərizəsinə Sabunçu rayon İcra Hakimiyyəti başçısının 01 mart 2017-ci il tarixli 89 saylı sərəncamının surətini də qoşma edib. Sərəncamdan məlum olur ki, Quba RİH başçısının 03 fevral 2017-ci il tarixli 14 saylı sərəncamına əsasən şəhid ailəsinin mənzil uçot sənədləri yaşayış yeri üzrə Sabunçu RİH-nə köçürülüb. Sabunçu RİH-nin Mənzil məsələləri üzrə komissiyasının Arzu Məhərrəmovanın mənzil növbəsinin yaşayış yeri üzrə Sabunçu rayonuna köçürülməsi təklifini dəstəkləyən Sabunçu RİH başçmısı köçürülmənin təmin edilməsini, adının güzəştli mənzil növbəsi siyahıya əlavə edilməsini qərara almışdır. Bircə qalır A. Məhərrəmovanın ailə vəziyyətinin nəzərə alınaraq güzəştlilər arasından istisna kimi ön sıraya salınması. Kirayə haqqını ödəyə bilmədiyindən vaxtaşırı olaraq övladıyla birgə parklarda gecələməyə məcbur olur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda yeni nazir təyin edildi
Azərbaycanda yeni nazir təyin edildi
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Tələbə yoldaşlarını öldürməyə cəhd edən şəxs məhkəmə qarşısında
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Dövlət sərhədini pоzduqlarına görə 16 nəfər saxlanıldı
Ombudsman PARLAMENTDƏ
Ombudsman PARLAMENTDƏ
Parlamentin növbəti iclası BAŞLADI
Parlamentin növbəti iclası BAŞLADI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
ABŞ və İsrail kəşfiyyatının Xameneini öldürməsinin DETALLARI
Xameneinin yerinə o təyin olundu - FOTO
Xameneinin yerinə o təyin olundu - FOTO