Azərbaycan İdeyası

Bakı meriyasının xanım baş mütəxəssisinin öz bacısına qarşı müdhiş əməlləri

Tarix:17-01-2017, 15:20
Baxış Sayı:633



Redaksiyamıza Bakı şəhəri Nizami rayonu C. Naxçivanski küç. ev 11, mənzil 20 ünvanda yaşayan Məmmədova Rahilə Xansuvar qızı tərəfindən ərizə daxil olmuşdur. Öz bacısından şikayətlənən R. Məmmədova yazır ki, hazırda Bakı şəhər İcra Hakimiyyətində baş mütəxəssisi vəzifəsində işləyən Mustafayeva Xalidə Xansuvar qızı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Bakı şəhəri K. Balakişiyev küçəsi - 19, mənzil - 37 ünvanına, order əsasında anamın ailə üzvləri kimi həmin ünvanda yaşamaq, istifadə etmək hüquqlarına malik olan şəxslərin - mənim və iki övladımın xəbəri, razılıqlarımız olmadan anama razılıq ərizəsi yazdıraraq Nizami rayon Polis Şöbəsinə təqdim etmiş və 2008-ci ilin fevral-mart aylarında 3 dəfə həmin ünvana qeydiyyata düşmüşdür. Daxili İşlər Nazirliyindən verilən 15. 07. 2016-cı il tarixli, Nizami RPŞ-dən verilən 14. 12. 2013-cü il tarixli 18625 saylı və 11. 03. 2008-ci il tarixli rəis müavinlər Kamal Vəlişov və Asif Əliyev cənablarının imza atdıqları arayışlar da bu həqiqəti təsdiqləyir.
Rahilə Məmmədova həmçinin qeyd edir ki, sonradan 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə onun iddia ərizəsinə əsasən şahid qismində dəvət olunmuş Nizami RPŞ-nin inspektoru Məmmədov Kərimqulu Ələkbər oğlu məhkəmə prosesində verdiyi ifadələrdə qanunun tələblərinə hörmətlə yanaşıb səmimiyyət nümayiş etdirərək Mustafayeva Xalidə Xansuvar qızının Bakı şəh. Balakişiyev küç. 19-cu evin 37-ci mənzilinə qeydiyyata alıanarkən səhvə yol verildiyini iki dəfə etiraf etsə də, işi araşdıran hakimlər bu fakta da hüquqi qiymət verməmiş və onu gizlətmişlər. Rahilə Məmmədova bu qənaətdədir ki, Xalidə Mustafayeva yalnız Nizami RPŞ tərəfindən yol verilən bu səhvdən-qanunsuzluqdan istifadə edərək, hakimlərlə sövdələşib order əsasında Məmmədovlara məxsus olan mənzilin mülkiyyətçisinə çevrilmiş və bu barədə DƏDRX-dən Çıxarış almışdır. Sonra isə Məmmədovları onlara məxsus olan mənzildən istifadə etmək hüquqlarından məhrum etdirərək, Rahiləni və övladlarını həmin mənzil üzrə pasport qeydiyyatından da çıxartdırmışdır.
Rahilə Məmmədova qəzetimiz vasitəsilə məsələnin ictimailəşdirilməsinə və aidiyyəti instansiya rəhbərlərinin diqqətini faktlara - Mustafayeva Xalidə Xansuvar qızının 2008-ci ildə 1 ay 6 gün ərzində Nizami rayonu Kamil Balakişiyev küçəsi 19, mənzil 37 ünvana 3 dəfə necə qeydiyyata alındığına, eləcə də həmin mənzildə yaşamaq hüquqlarına malik olan, kirayəçidən savayı mənzil sakinlərinin razılıqları olmadan qeydiyyata alınması və kirayəçi mərhum ana Məmmədova Nənəxanımın ağır cərrahiyyə əməliyyatına məruz qaldığından anlaqsız vəziyyətdə olarkən Mustafayeva Xalidənin həmin mənzilə pasport qeydiyyatına alınması üçün Nənəxanım Məmmədovanın adından yazılan RAZILIQ ƏRİZƏSİNƏ də yönəltmək və onlara hüquqi qiymət verilməsinə nail olmaq istəyir.
Ərizəyə qoşma olaraq redaksiyaya təqdim olunmuş Bakı şəhəri Nizami rayon məhkəməsinin 01 oktyabr 2016-cı il tarixli Qərardadında yer alan xüsusatlardan görünür ki, həmin məhkəmə tərəfindən verilmiş 2(007)-1107/2014 saylı, 02 aprel 2014-cü il tarixli icra sənədi üzrə Məmmədova Rahilə Xansuvar qızının, Məmmədov Fuad Vaqif oğlunun, Məmmədov Vaqif Xaliqverdi oğlunun və Məmmədov Hacıkərim Vaqif oğlunun sözügedən mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, qeyd olunan icra sənədi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icraatında olmuş, icra olunmuş, adları qeyd olunan şəxslər Bakı şəhəri Nizami RPİ-nin Nizami rayon İcra Şöbəsinə ünvanladığı 06 avqust 2015-ci il tarixli məktuba əsasən mübahisəli mənzildən qeydiyyatdan çıxarılmışlar. Məmmədova Rahilə Xansuvar qızı icra şöbəsinin təqdimatına baxıldığı məhkəmə iclasında təqdimatla razılaşmayaraq izahatında bildirmişdir ki, onların əlində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəxsiyyət vəsiqələri var. Həmin şəxsiyyət vəsiqələrində onların qeydiyyatda olduqları yer kimi məhz həmin ünvan göstərilmişdir. Bakı şəhəri Nizami RPİ onları çağırmamış və onlara icra sənədində göstərilən ünvandan qeydiyyatdan çıxarılması barədə məlumat verməmişdir. Lakin R. Məmmədovanın etirazına baxmayaraq məhkəmə hakimi İmran Burcayev icra sənədi üzrə icraata xitam verilməsini qərara almışdır.
Həmin İmran Burcayevin daha əvvəl eyni mübahisənin çözülməsi üzrə çıxardığı 02. 04. 2014-cü il tarixli ədalətsiz qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 03.12. 2014-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Lakin hakim Burcayev bu faktı gizlətmişdir.
Məmmədova Rahilənin sonradan Mustafayeva Xalidə Xansuvar qızına, AR ƏMDK yanında DƏDRX Bakı şəhər ərazi idarəsinə və Bakı ŞİH nəzdində MKTD -nə qarşı mənzilə daimi qeydiyyata alınma, mənzilin özəlləşdirilməsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsini araşdıran Nizami rayon məhkəməsinin hakimi Elnur Nuriyev də məsələyə qeyri-obyektiv yanaşmışdır. Rahilə Məmmədova redaksiyaya təqdim etdiyi sənədlərə qoşma etdiyi hakimə etiraz ərizəsinin surətində hakim Nuriyevin qətnaməsindən bəzi sitatların altını cızmışdır: "Nizami rayon XDS İK-si tərəfindən Məmmədova Nənəxanım Məmməd qızının adına verilmiş 31. 05. 1991-ci il tarixli 018627 saylı orderin təsdiqlənmiş surətindən görünür ki, Məmmədova Nənəxanım Bakı şəhəri Nizami rayonunun Orenjereynaya küçəsindəki (bu küçənin hazırki adını Elnur Nuriyev göstərmir. Nədən?-R. M.) 19 saylı evin 37 saylı mənzilinə özü, ailə üzvləri - həyat yoldaşı X. R. Mustafayev, qızı X. Məmmədova (qeyd olunan orderdə Məmmədova Nənəxanımın "X. Məmmədova" adlı, soyadlı qızı göstərilməyib, amma hakim cənab Elnur Nuriyev Nənəxanımın X. Məmmədova adlı qızının olduğunu müəyyən edir. Halbuki, mərhum anam Nənəxanımın X. Məmmədova adlı, soyadlı qızı ümumiyyətlə doğulmayıb! Əgər o, Xalidəni nəzərdə tutursa, qəbul etdiyi qətnaməsində göstərdiyi orderdə Nənəxanımın qızı və ailə üzvü kimi"X. Məmmədova" yerinə "X. Mustafayeva" qeyd etməliydi. Amma "X. Mustafayeva" yaza bilməyib, çünki orderdə onun adı-soyadı yoxdur)".
Qətnamənin 6-cı səhifəsində isə həmin faktla bağlı hakim Elnur Nuriyev yazır: "Bakı şəhəri K. Balakişiyev küçəsindəki (Orenjereynaya küçəsinin bu gün necə adlandırıldığını deməli hakim cənab Elnur Nuriyev bilirmiş! Bəs elə isə küçənin hazırki adını niyə göstərmək istəməmişdir? - R. M. ) 19 saylı evin 37 saylı mənzilinə 1991-ci ildə iddiaçının anası Məmmədova Nənəxanımın adına order verilmiş, orderə icarədarın ailə üzvü kimi "özü" (kim? Mustafayeva Xalidə əvvəlki məhkəmə prosesində icarədarın ailə üzvü kimi özünün də adının orderdə qeyd olunduğu barədə yalan, həqiqətə uyğun olmayan ifadə vermişdir. Bəlkə bu səbəbdən də hakim cənab Elnur Nuriyev "icarədarın ailə üzvü kimi özü" söz birləşməsini yazmaqla Xalidə Mustafayevanı nəzərdə tutur), əri X. R. Mustafayev, qızı P. X. Məmmədova, R. V. Məmmədov və F. V. Məmmədov göstərilmişdir.
Rahilə Məmmədova bu qənaətdədir ki, hakim cənab Elnur Nuriyev işin nəticəsiylə özü maraqlı olmuşdur. Buna görə də Rahilə Məmmədova qeyd etdiyi faktları nəzərə alıb özünün iddia ərizəsinin növbəti dəfə Nizami rayon məhkəməsinin hakimi cənab Elnur Nuriyevin icraatına verilməsinə AR MPM-nin 19-22-ci maddələrinin tələblərinə uyğun olaraq etiraz etmişdir.
Redaksiyaya daxil olan məlumatlarda həmçinin o da bildirilir i, Bakı ŞİH-də vətəndaşların müraciətləri ilə iş şöbəsində böyük mütəxəssis vəzifəsində işləyən Mustafayeva Xalidə bacısı Rahilə Məmmədovanı və onun xəstə həyat yoldaşını bomj vəziyyətinə salacağı barədə öz üzərinə əlavə öhdəlik də götürüb. Bu niyyətini hakimlərin əli ilə həyata keçirəcəyinə söz verib.
Qəzetin irəliləyən saylarında mövzuya yenidən qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."