Azərbaycan İdeyası

İlham və Fərizə haqqında yazdığı status ilə gündəmə gələn gənc şair: “Belə intiharın ucaldılmasına qarşıyam”

Tarix:22-02-2018, 12:25
Baxış Sayı:297


  İlham və Fərizə haqqında yazdığı status ilə gündəmə gələn gənc şair: “Belə intiharın ucaldılmasına qarşıyam”
Sosial şəbəkədə İlham və Fərizə haqqında yazdığı status ilə gündəmə gələn gənc şair, tarix müəllimi Emin Piri məsələ ilə bağlı minval.info saytına özəl açıqlama verib.
E.Piri yazdığı sözlərə görə peşman deyil və fikrini də belə əsaslandırmağa çalışıb: "Nədir şəhidlik? Mənə görə öz əqidəsi uğrunda sona kimi gedən, buna görə mübarizə aparan insan müəyyən mənada şəhiddir. Və eyni zamanda mənə görə ən böyük şəhidlik mərtəbəsi vətəni, dövləti uğrunda döyüşənindir. Onun ölməyi, sağ qalmağı elə də vacib deyil. Önəmli olan Azərbaycan üçün vuruşmağıdır. Sağ olsa da şəhiddir.
Qarabağda ismətini, sevgisini qorumaq uğrunda intihar edən şəxslərin haqqını hara yazım? Və ya illərlə ərinin gəlməyəcəyini bilə-bilə bu dövlət, cəmiyyət uğrunda övlad böyüdənlərin acısını hara qeyd edək?
İntihar edən insanları dünənə kimi pisləyənlər, qınayanlar bu gün başqa üzlərini göstərdilər. Fərizənin intiharı bir növ dinc şəraitdə baş verib. Yəni hər hansı əsirlik yox, stress halında... Bu tip intiharları qəbul etmir, bunun təbliğinə, ucaldılmasına qarşıyam. Çünki bu cür nüanslar cəmiyyətdə əks təsirə çevrilir. Məhz bu cür yanaşmalara görə sevdiyimiz insanları itiririk.
Mənə gəldikdə isə yaxşı olar ki, arxivləri araşdırsınlar. 2016 aprel hadisələrində facebookda qəhrəmanlıq edənlərin harada olduğunu bilmirəm, amma mən Sumqayıt Hərbi komissarlığına gedərək müharibədə iştirak etmək istədiyimi bildirdim. Eyni zamanda 2009-cu ildə şəxsən müraciət edərək cəbhə bölgəsində xidmət etmək istədiyimi bildirmişəm. Və sağ olsunlar ki, bu arzumu yerinə yetiriblər.
Riyakar insanlara baxmayaraq bu ölkə uğrunda döyüşənlər yenə mən və Ağdamda erməni döyüşçülərini öldürən əsgərlərim olacaq. Bu dövlətə xəyanət etməyən vəfat etmiş hər kəsin ruhuna hörmətlə yanaşıram, bunu da bura çizirəm. Zamanla görəcəksiniz ki, "20 yanvar", "Tiflis", "Fərqanə" kimi hadisələri rus dərin dövləti törətməyib. Bu hadisələri Qərbdəki institutlar törədib və xalqların bir yerdə yaşaya bilmədiyi görüntüsünü verməyə çalışıblar. Təbii ki, bu azadlıq istəyinə, bunun uğrunda döyüşənlərə ləkə gətirmir, əksinə onları ucaldır. Amma bu da mənim həqiqətimdir!"




[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO