Azərbaycan İdeyası

SUMQAYIT MƏMURLARININ ŞƏHİD AİLƏLƏRİNİN PROBLEMLƏRİNƏ BİGANƏLİYİ TENDENSİYA HALINI ALIB

Tarix:23-08-2017, 15:01
Baxış Sayı:236

Nazim Əhmədov: "Abadlıq-quruculuq işləri adı ilə sökdükləri köşkümü bərpa etməyim üçün 14 min manat pul istəyirlər"
Sumqayıt şəhər sakini, 25 yaşlı bərbər Vüsal Abdulhüseynov şəhid ailələrinə yardım məqsədi ilə belə ailələrin üzvlərindən xidmət haqqı almır. "Şəhid ailələrinə diqqət önəmlidir. Onlara borcumu bu yolla ödəməyə çalışıram" - deyən Vüsal qeyd edir ki, bəzi insanlar bundan sui-istifadə edirlər. Amma buna baxmayaraq o, xeyirxah əməlini davam etməkdə israrlıdır. Şəhər sakinləri onun bu əməlini təqdirəlayiq adlandırır və rəğbətlə qarşılayırlar. Gənc saç ustası bu əməlindən böyük şərəf duyduğunu və hər zaman sevə-sevə davam etdirəcəyini deyir. Gəlin görək, Sumqayıt məmurları, şəhər rəhbərliyi şəhid ailələrinə hansı münasibət sərgiləyir: Məsələn, şəhərin Səməd Vurğun küçəsi, “Xəzri” məhəllə komitəsinin ərazisində (Dənizkənarı yolla Hacı Zeynalabdin qəsəbəsinə gedən istiqamətdə) sakinlərin təşəbbüsü ilə şəhid Gəray Məmmədovun xatirəsinə çəkilən bulağa sayğac quraşdırılıb. Bulaq Laçın rayonu Güləbird kənd kitabxanasının qarşısında yerləşir. Şəhidin yaxınları bulaqdan daim suyun gəlməsi üçün hər ay 8-10 manat ödəyir. Sumqayıt şəhəri 17-ci mikrorayon bina 45-in qarşısında 20 kvadrat metrlik mağaza işlədən şəhid ailəsi Atamoğlanovların tək qazanc məbəyi olan dükan son üç ildə üç dəfə qarətə məruz qalıb. Şəhər polisi oğrunu tapmaq əvəzinə həmin cinayət işlərinə xitam verib. Müşahidələr göstərir ki, Sumqayıt məmurlarının şəhid ailələrinin problemlərinə biganəliyi tendensiya halını alıb. Bu günlərdə Əhmədov Nazim Abbas oğlu redaksiyamıza yazdığı ərizənin giriş hissəsində mərhum qardaşı Əhmədov Azər Abbas oğlunun 1993-cü ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olduğunu göstərir. Bildirir ki, ona şəhid ailəsinin üzvü kimi 6 kvadrat-metrdən ibarət ticarət köşkü verilibmiş. Məhz həmin dükanda alver edərək ailənin dolanışığını birtəhər təmin edirmiş. Lakin 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti ərazidə abadlıq işlərinin aparılmasını əsas göstərərək, həm köşkü yerindən götürmüşdür. Üstündən 6 il keçməsinə baxmayaraq, o yerdə heç bir abadlıq-quruculuq işləri həyata keçirilməmişdir. Nazim Əhmədov köşkün bərpa olunması xahişi ilə dəfələrlə aidiyyatı qurumlara müraciətsə də, ona heç bir köməklik göstərilməmişdir. Dediyinə görə, əksinə, ondan bu məqsədinə çatması üçün 14 min manat pul tələb olunmuşdur. Əhmədov redaksiyadan probleminin ictimailəşdirilməsini, aidiyyati instansiyaların diqqətini bu məsələyə yönəltməyi xahiş etmişdir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı