Azərbaycan İdeyası

Azərbaycanda xarici dildə olan kafe və restoranların adları dəyişdiriləcək

Tarix:3-11-2015, 16:38
Baxış Sayı:441

Azərbaycanın hər yerində, xüsusilə paytaxt Bakıda mövcud olan, müxtəlif məqsədlər üçün istifadəyə verilən obyektlərin, kafe və restoranların adları, eləcə də müəyyən reklamların xarici dillərdə yazılması ilə bağlı müzakirələr, nəhayət, həllini tapdı. Məlum olduğu kimi, parlamentin İqtisadi siyasət komitəsinin üzvləri Əli Məsimli və Vahid Əhmədovun işləyib hazırladığı “Reklam haqqında” qanunu prezident İlham Əliyev bu il mayın 15-də imzalayıb.
Qanunda reklama dair ümumi və xüsusi tələblər, məhdudiyyətlər müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Bir sıra reklam subyektlərinin məsuliyyəti gücləndirilib. Qanunda elektron vasitələrlə reklama dair yeni qaydalar müəyyən olunub, reklamın yalnız abunəçi ilə bağlanılan müqavilə əsasında yayımlanması təklif edilib. Televiziya verilişlərində yerləşdirilən reklamın vaxt məhdudiyyətləri də dəqiqləşdirilib, bir sıra verilişlərdə reklamın yayımlanmasının xüsusi qaydaları müəyyənləşdirilib.
Qanunun qəbul olunmasından təxminən 4 ay keçməsinə baxmayaraq, nədənsə icrası nəzərə çarpmır...
Layihənin müəlliflərindən olan Əli Məsimli Modern.az saytına deyib ki, qanunun işlək vəziyyətə gəlməsi üçün bir qədər gözləmək lazımdır: “Qanunun necə işləyəcəyi bir müddət sonra məlum olacaq. Qısa müddətdə hər şeyin dəyişməsini gözləmək olmaz. “Reklam haqqında” qanund ictimaiyyət üçün kifayət qədər maraqlı məqamlar var”.
O, bildirib ki, qanun tam işlək vəziyyətə gətirildikdən sonra xarici dildə olan müxtəlif obyektlərin, kafe və restoranların adları, həmçinin digər narazılıq doğuran məqamlar ortadan qalxacaq: “Qanunda reklamların hansı dildə yazılması məsələsi birmənalı şəkildə Konstitusiyaya uyğun öz əksini tapıb.
Hər hansı ad əvvəlcə Azərbaycan dilində, sonra isə hərflərinin ölçüsü öz dilimizdəkindən kiçik olmaq şərti ilə yazıla bilər. Əksini qanun qadağan edir”.
Deputat qanunun qəbulunu ehtiyacdan yarandığını da qeyd edib:
“Qanun bizə olan müraciətlər, bu istiqamətdə ictimaiyyətin müzakirələrindən irəli gələn məsələlər, eləcə də dünya praktikasında daha çox əksini tapan məqamlar əsas götürülməklə hazırlanıb. Hesab edirəm ki, bu da cəmiyyətin xeyrinədir. Müəyyən dövrdən sonra dəyişikliyi ictimaiyyət də hiss edəcək”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO