Azərbaycan İdeyası

Birdən cibimdəki manatı gördü: “Qurban olum qruzinski bığlara, sal əlinlə sol cibini qurdala”

Tarix:13-12-2018, 15:30
Baxış Sayı:198

 Birdən cibimdəki manatı gördü: “Qurban olum qruzinski bığlara, sal əlinlə sol cibini qurdala”



Meyxana janrı zərb alətinin müşayəti ilə oxunan musiqi-poetik janrıdır. Zamanla çayxanalarda oxunan bu janr, televiziyalarımıza yol tapdıqdan sonra daha da populyarlaşdı. Amma çox təəssüflər olsun ki, bu janrın qəbuledilməz bir məqamı da söz adamlarının biədəb sözlərlə bir-birilərinin valideynlərini təhqir edərək meyxana deməsidir. Elə internetdə axtarış versəniz tanınmış meyxanaçıların bu cür sözlərlə meyxana deməsinin şahidi olacaqsınız.
Tibb Universitetinin (ATU) dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov saytımıza açıqlamasında nalayiq söyüşlərlə meyaxana deyilməsinin əleyhinə olduğunu bildirdi. R.Mahmudov bununla yanaşı ustad meyxanaçı Əliağa Vahidlə olan bir xatirəsini də bizimlə bölüşdü:
“Sözsüz ki, mən də nalayiq söyüşlərlə meyxana deyilməsinin əleyhinəyəm və bunu meyxana saymıram. Meyxanaçılardan Namiq Məna xətrini istədiyim adamdır. Biz tələbə olanda çox istəyirdik ki, Əliağa Vahidi görək. İçərişəhərdə binanın altında bir kafe var idi və orda həm sosiska, həm də içki verirdilər. Tələbələr adətən sosiska yemək üçün ora gəlirdi. Əliağa Vahid də həmişə orda olurdu. Onda bir köynək geyinmişdim və döş cibimə bir manat otuz qəpik pul qoymuşdum. Amma kənardan baxanda pul cibimdə görünürdü. Onda nazik bir bığım da var idi. Əliağa Vahid içki içmək istəyirdi, amma kimsə yox idi ki, içkinin pulunu versin. O, birdən cibimdəki bir manatı gördü və dedi ki, “Qurban olum qruzinski bığlara, sal əlinlə sol cibini qurdala”, mən də sol cibimdən pulu çıxarıb içkinin pulunu verəndən sonra Əliağa Vahidlə tanış olduq və sonra meyxana dedi.
Meyxana budur, yoxsa ki, söyüşlə indi toylarda deyilənlər meyxana deyil. Bir-birilərinin valideynlərini təhqir edirlər, ayıbdır. Ümumiyyətlə, meyxananı ədəbiyyata aid edə bilmərəm, bunun ədəbiyyata aidiyyatı yoxdur. Bizə dünya baxır, gərək elə sözlər işlədək ki, bunun millətimizə xeyri olsun. Düzdü, toylarımızda meyxanaçılar yaxşı tərifnamələr deyirlər, aralarında gözəl sözlər də var. Bəlkə də insanların könlünü açmaq üçün belə sözlər lazımıdır, amma hər şeyin bir əndazəsi olmalıdır”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO