Azərbaycan İdeyası

Sakindən sayğac üçün 210 manat tələb edilir

Tarix:3-08-2016, 10:26
Baxış Sayı:350

Sakindən sayğac üçün 210 manat tələb edilir
Elektrik dirəyi ilə evin arasındakı məsafə bir neçə metrdir. Lakin elektrik xətti çəkmək və sayğac quraşdırmaq üçün 210 manat pul tələb edilir. Bu vəziyyət Cəlilabadın Ocaqlı kəndində yaşanır. 2007-ci ildə bütün abonentlərdə olduğu kimi, kənd sakini Əliağa Xəlilovun da evində olan köhnə elektrik sayğacı yenilənməsi üçün müvafiq qurum tərəfindən təhvil alınıb.

Lakin kənddə bütün abonentlərin evinə yeni sayğac quraşıdırlsa da, onun evi bundan kənarda qalıb. Elə o vaxtdan da qonşulardan çəkdiyi xətt vasitəsilə elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Əliağa Xəlilov bir neçə dəfə Cəlilabad Elektrik Şəbəkəsinə müraciət edib və nəticədə ona "İşçi layihəsi" adı altında yazılı məlumat göndərilib. Üstəlik də göstərilən məbləği köçürmək üçün bank hesabı qeyd edilib. Əliağa Xəlilov deyir ki, yerli qurumun göndərdiyi sənəd və təkliflərlə bağlı "Azərişıq" ASC- yə yazılı müraciət edib.

Oradan gələn cavabda isə yerli qurumun göndərdiyi sənəddə göstərilən avadanlıqların alınması və qurşdırılmasının pulsuz olduğu qeyd edilib. Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmadar Cəmiyyətinin sözçüsü Tanrıverdi Mustafayev bildirdi ki, Əliağa Xəlilov "ASAN Xidmət" Mərkəzinə müraciət edərək elektrik xəttinin çəkilməsi və sayğac üçün tələb olunan rüsumu ödəməlidir. Ondan sonra Cəlilabad Elektrik Şəbəkəsinin nümayəndələri tərəfindən sayğac quraşdırılacaq.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı