Azərbaycan İdeyası

"Parlaq" MMC-nin gözqamaşdıran nöqsanları

Tarix:17-12-2018, 12:46
Baxış Sayı:485

Tikinti şirkətinin inşa etdiyi təzə məktəbin təməl qüsurları
Bütün uğursuzluqlar işin başlanğıcda yol verilmiş ilk əyinti nəticəsində baş verir. Ulu Öndər Heydər Əliyev deyirdi ki, problemin yarandığı anda dərinləşməsinin qarşısını almaq, onun dərinləşməsindən sonra mənfi nəticələrinin aradan qaldırılmasından daha asandır.
Füzuli rayonunun Qayıdış qəsəbə 8 nömrəli tam orta məktəbinin qəzalı vəziyyətdə olması ilə əlaqədar şagirdlər vaqonlarda dərs keçirlər. Aidiyyəti qurumlar gəlib baxış keçiriblər və qərara alınıb ki, qəzalı vəziyyətdə olan təhsil müəssisəsi üçün yeni bina tikilsin. Tikilir də. Amma necə?
"Parlaq-M" MMC-nin inşa etməyə yenicə başladığı məktəbin tikintisində işçilər dəbilqə və istehsalatda əməyin təhlükəsizliyini təmin edəcək digər fərdi mühafizə vasitələri ilə təmin edilməyiblər. İşçilərin çoxunun icbari sığortası da yoxdur. Hətta ötəri, vizual müşahidədən belə qənaətə gəlmək olur ki, işçilər qeyri-leqal, onlarla əmək müqaviləsi bağlanılmadan cəlb olunublar.
Tikinti işçilərinin davranışlarında nizam - intizam görünmür. Görünən kəndə isə necə deyərlər, bələdçi lazım deyil. İndidən təxmin etməyə əsas var ki, inşaat işlərinin nəticəsi də qənaətbəxş alınmayacaq. Xatırladaq ki, oxşar naqisliklər məktəbin ilk, yəni, hazırda qəzalı vəziyyətə düşmüş binasının da tikintisində var idi, lakin həmin neqativ hallara vaxtında fikir verilmədiyindən, nəticədə aradan qaldırılması qeyri-mümkün qüsurlar ortaya çıxdı.
İnşaat işlərinə nəzarətsizlik məsuliyyətsizliyə, inşaat işinin keyfiyyətsizliyinə, nəhayət etibarilə dövlətin ayırdığı maliyyə vəsaitinin səmərəsiz xərclənməsinə, daha ağır halda isə ölüm və insanların (bizim misalda uşaqların) xəsarət alması ilə müşayiət olunan qəzalara səbəb olur.


Amid Haciyev [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO