Azərbaycan İdeyası

PREZİDENTİN ZAQATALA SƏFƏRİNDƏN RAYON SAKİNLƏRİ DAHA HANSI PROBLEMLƏRİNİN HƏLLİNİ GÖZLƏYİRDİLƏR

Tarix:23-08-2017, 15:06
Baxış Sayı:298




Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfər etdi. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu, Zaqatalada Tütün Emalı Zavodunun fəaliyyəti ilə, “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış oldu, 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışında iştirak etdi. Paytaxta qayıdan Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında, Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzaladı. Bütün bunlar göstərir ki, dövlətimizin başçısı respublikamızın bölgələrində səfərlərdə olarkən yerli problemlərlə tanış olur, vəziyyəti qiymətləndirərək, çətinliklərin aradan qaldırılmasına yönəlik qərarlar qəbul edir. Rayon rəhbərlərinin hansı problemləri ölkə başçısına göstərib-göstərməməsi isə ayrı söhbətin mövzusudur. Məsələn, 2012-ci il may ayının 7-də Zaqatala rayonunda baş vermiş təbii fəlakət nəticəsində vətəndaşların fərdi yaşayış evlətinə və təsərrüfatlarına dəyən ziyanın ödənilməsi müstəvisində problemlər hələ də qalmaqdadır. Əlaqədar qurumların bu məsələləri çözə bilməməsi səbəbindəndir ki, narazı vətəndaşlar üzləşdikləri problemləri ictimailəşdirmək üçün kütləvi informasiya vasitələrinə üz tuturlar. Zaqatala rayonunun Uzunqazmalar kənd sakini Bəkirova Xədicə Xeyrullah qızı redaksiyamıza göndərdiyi ərizədə yazır ki, həmin təbii fəlakət nəticəsində onun da fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Müraciətlərinə baxmayaraq, dəfələrlə evə baxış keçirmiş fövqəladə hallar komissiyası onlara köməklik etməmişdir. Xədicə xanımın sözlərinə görə, komissiyanın üzvü evin qəzalı vəziyyətdə olduğunu təsdiqləmək üçün 2000 manat pul istəmişdir. Lakin bu məbləği verə bilmədiyindən, onun işi necə deyərlər, "düyünə düşmüşdür". Bəkirova yazır ki, hal-hazırda da həmin o qəzalı evdə yaşayır; özünün və iki övladının həyatı təhlükə altındadır. Həyat yoldaşı Bəkirov Yasin İbrahim oğlu Qarabağ əlilidir. Qardaşı Bəkirov Ramiz İbrahim oğlu Goranboy uğrunda gedən döyüşlərdə şəhid olduğu üçün Yasin əlillik statusundan imtina etmişdir. Rayonun Dardoqqaz kənd sakini Ramazanova Leyla Xeyrul qızı da eyni motivli ərizə ilə redaksiyamıza müraciət etmişdir. 5 il əvvəl baş verən həmin fəlakət nəticəsində onun 120 kv-metr sahəsi olan fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Rayon Fövqəladə Hallar Komissiyası evə baxış keçirən zaman qəzalı vəziyyətdə olduğunun şahidi olmuş və sözdə təsdiq etmişlər. Yazır ki, rayonda bu məqsədlə evlər tikilməyə başlayandan təxminən bir il keçməsinə baxmayaraq, onun ailəsinə heç bir köməklik göstərilməyib. Bu barədə ölkə başçısına rəsmi məktub yazandan sonra evə bir də baxış keçirilib və qəzalı vəziyyətdə olması rəsmən təsdiq edilib. Amma Ramazanovların istəyi təmin edilməyib və Leyla xanım hal-hazırda üç azyaşlı uşağı ilə həmin qəzalı, yararsız evdə yaşamaqdadır. Özünün və uşaqlarının həyatı təhlükə altındadır

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq