Azərbaycan İdeyası

Rahat" marketlər şəbəkəsinin 28-ci mağazası açılıb -

Tarix:11-11-2015, 16:48
Baxış Sayı:539

Rahat" marketlər şəbəkəsi özünün 28-ci mağazasını açıb.
"Korrupsiya və Qanun" qəzeti Report"a istinad olaraq xəbər verir ki, Bakı şəhərində artıq 22-ci olan "Rahat" market Nəsimi rayonu ərazisində Həsən Əliyev küçəsi 12 b ünvanında (Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əvvəlki binasının yanı) yerləşir.
Açılış mərasimində çıxış edən ANC GROUP-un direktoru Turan Özbahçeci müştərilərə xeyirli və rahat alış-veriş arzulayıb.
Şirkətin direktor müavini Ruslan Ağayev mağazanın sahəsinin 800 kvadratmetr olduğunu, müştərilərin rahat alış-veriş etməsi üçün hər cür şəraitin yaradıldığını bildirib: "Biz kifayət qədər endirimli kampaniyalar, ucuz qiymətlərlə 28-ci marketimizi müştərilərin xidmətinə veririk. Müxtəlif marketinq siyasətinin üzərində işləməklə çeşidli kampaniyalar həyata keçiririk. Tətbiq etdiyimiz bol endirimli və ucuz qiymətlər kampaniyası bu ay ərzində davam edəcək. Bağlama, birini alana biri hədiyyə, endirimli qiymətlər kampaniyamıza daxildir. Mağazada müştərilərə 38 min çeşiddə məhsul təqdim olunur. Əsasən yerli məhsullar, bundan başqa Türkiyə, Rusiya, MDB dövlətlərindən gətirilən mallar müştərilərin ixtiyarına veriləcək".
Açılış mərasimində, həmçinin bildirilib ki, "Rahat" marketlər şəbəkəsindən alış-veriş edən hər kəsə "İZ kart" təqdim olunur. Müştərilərin etdiyi alış-veriş məbləğinin 1 faizi "İZ kart"a yüklənəcək. Hətta 1 manatlıq alış-veriş müqabilində də bonus ("İZ") qazanmaq mümkündür.
Müştərilər topladıqları bonus ("İZ"lərlə) təkrar alış-veriş edə, kommunal xərclərini ödəyə və hədiyyələr qazana bilərlər. "İZ kart"ın bütün üstünlükləri şəbəkənin partnyorlarında da keçərlidir.
Qeyd edək ki, pərakəndə ticarət bazarında 2009-cu ildən fəaliyyət göstərən "Rahat" marketlər şəbəkəsi ilin sonuna kimi daha bir neçə mağaza açmağı planlaşdırır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO