Azərbaycan İdeyası

Bakıda məşhur mağazalar niyə bağlanır?

Tarix:20-10-2015, 10:37
Baxış Sayı:391

"Korrupsiya və Qanun" qəzetiniə istinadən ANS kanalı məlumat verir ki, Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib. Bu qərara da məhz ölkədə sahibkarların əsassız yoxlaılmasından sonra gəlib.
Son müşavirədə dövlət başçısı vurğulamışdı ki, sahibkarlarlığın inkişafına əngəl törədilməsi ilk növbədə dövlət siyasətinə ziddir və ölkənin inkişafına mane olan əsas amildir. Çünki bu cür yoxlamalar son nəticədə orta və kiçik sahibkarlığa maneələr törədir, iş yerlərinin bağlanmasına gətirib çıxarır. Hətta iş o yerə çatıb ki, yerli-yersiz yoxlamalar, cərimələrin tətbiq olunması və sahibkarlardan rüşvətin alınması son vaxtlar bir sıra mağazaların və gözəllik salonlarının bağlanmasına gətirib çıxarıb.
Son günlər paytaxtın müxtəlif istiqamətlərində mağazaların üzərində bağlanırıq kimi elanlara rast gəlmək olar. Bu tip elanlar həm ərzaq məhsullarının satıldığı dükanların, həm də geyim əşyalarının satıldığı məkanların üzərində var. Səbəblərsə müxtəlifdir.
50-dən 80 faizə qədər endirim edən mağazalar məhsullarını satmaqda çətinlik çəkirlər. Paytaxtda qida məhsulları istisna olmaqla, əksər mağazalarin endirimlərinə rast gəlmək olar.
Lakin bütün bunlar mağazaları bağlanma təhlükəsindən sığortalaya bilmir. Dünyada baş verən iqtisadi böhran getdikcə yerli sahibkarlara da təsir etməyə başlayıb.
Satıcı Günay Salmanova deyir ki, iqtisadi böhran vəziyyətində satış yox səviyəsindədir, yoxlamalar da bir tərəfdən çətinlik yaradır.
Satıcı xanımın vurğuladığı yoxlama məsələsindən əziyyət çəkən, məhz elə bu səbəbdən mağazasının qapısına kilid vuran sahibkarlar da az deyil.
Mağazaların bağlanmasının əsas səbəblərindən biri kimi yersiz yoxlamaları da göstərirlər. Müxtəlif qurumlar tərəfindən göndərilən müfəttişlər və onların təyin etdikləri əsassız cərimələr sahibkarı bezdirib bazardan çıxarır.
İqtisadçı Samir Əliyev deyir ki, son dövrlər müəyyən dövlət qurumları tərəfindən aparılan yoxlamaların sayında artım müşahidə olunur: “Məhz əsasız olaraq aparılan yoxlamaların kökündə təbii ki, əlavə vəsaitin qazanılması güdülür. Ümumilikdə isə ticarət obyektlərinin bağlanması gələcəkdə vergi yığımı zamanı bəzi problemlərin yaranmasına səbəb ola bilər”.
Ticarət sektorunda yaranmış mövcud vəziyyətdən çıxış yolu üçün ölkə başçısı artıq fərman imzalyıb.
Bu fərman sahibkarların sevincinə səbəb olacaq. Çünki prezident imzaladığı sənədlə sahibkarlarlıq subyektlərinin iki il ərzində yoxlanılmasını qadağan edib.
Yəqin ki, bu qərardan sonra sahibkarlar yoxlamaların əlindən rahat nəfəs alıb öz fəaliyyətlərini rahat davam etdirə biləcəklər.

OXŞAR XƏBƏRLƏR
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
TƏCİLİ: Mehdiyev işi ilə bağlı HƏBSLƏR BAŞLADI - FOTO
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə "qudası" Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı+VİDEO
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyev, Akif Əlizadə və İsa Həbibbəyli prokurorluqda dindirilib
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi+VİDEO
“Gəlin 7 aylıq hamilə imiş..."
“Gəlin 7 aylıq hamilə imiş..."
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Sürətli beyin qocalmasının səbəbi MƏLUM OLDU
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 5 il ötür