Azərbaycan İdeyası

ŞƏBƏKƏ BIZNESI ANANI BALA ILƏ ÜZ-ÜZƏ QOYUB

Tarix:11-10-2019, 10:27
Baxış Sayı:145



Sizi şirin vədlərlə ofislərinə aparırlar. Ofisdə sizi gülərüz personal qarşılayır və səliqəli bir otağa aparır. Burada siz, sizi şirkətə qoşmaq istəyən və sizə pul qazanmağın yollarından danışan xanım (olur. O, əvvəlcə sizə sual verir ki, milyoner olmaq istəyirsinizmi. Təbii ki, sizdən "bəli" cavabını alandan sonra şirin dilini işə salır və şəbəkə biznesində uğur qazanmağın yollarından danışır. Danışığından da belə çıxır ki, bu işdə uduzmaq mümkünsüzdür. Hətta sizə bu yolla dünyada zəngin olan, lüks maşınlara, evlərə sahib olan əcnəbi isimlərin hekayələrini anladır. Bunun da ardından sistemə üzv ola bilməniz üçün sizdən şirkətə məxsus hansısa zinət əşyası, yaxud sağlamlıq üçün lazım olan məhsul, ya da hansısa ölkədə qalmaq üçün pulsuz hotel xidmətini sifariş verməniz tələb edilir. Özü də qızıl məmulatlarının çox məhdud sayda istehsal edildiyini və sizə çox ucuz qiymətə başa gəldiyi deyilir. Yalnız bu məhsulları pul verib aldıqdan sonra şirkətə üzv ola bilirsiniz. Sonra üzərinizə üzvlər yazdırırsınız ki, onlar vasitəsilə pul qazana biləsiniz. Məsələn, min manat verib 1 qızıl zinət əşyası alırsınız, sonra üzərinizə 2 nəfər yazdırırsınız, yəni bu adamlar da məhsul alırlar. Beləliklə, 2 nəfərdən 250 manat əldə edirsiniz. Sonra üzərinizə yazılmış 2 nəfər hərəsi öz üzərinə 2 nəfər yazdırdıqda yenidən 250 manat qazanırsınız. Beləcə, sizə üzərinizə daha çox adam yazdırmaqla daha çox qazanacağınız vədi verilir. Təbii ki, siz də bu şirin vədlərə aldanaraq şəbəkə biznesinə qoşulursunuz. Düşünürsünüz ki, tanışlarınız çox olduğuna görə sizə adam yığmaq üçün 1-cə ay kifayətdir. Beləcə, sizə pul qazanmağın yollarını izah edən xanım istədiyinə nail olur...
Masallı rayonu, Böyük Kolatan kəndində qeydiyyatda olan Məhərrəmova Aybəniz Orucəli qızı ərizə ilə redaksiyamıza müraciət edərək yazır ki, 2014-2015-ci illərdə Bakı şəhərinin Yasamal rayonunda "Nizami" metrostansiyasının həndəvərində kirayə ev tutmuş, bir müddət orada tək yaşamışdır. Qonşuluqda yaşayan, onun iş axtardığını bilən Sevda adlı qadın ona təklif vetmişdir ki, özünün işlədiyi biznes strukturu olan "Q-Net" şirketində işə düzəlsin, yaxşı gəliri olacaq. 2014-cü ilin axırlarında onu özü ilə şirkətin ofisinə aparmış, şirkətdə satılan məhsulları göstərmişdir. Yazır ki, şirkətin azı 700 manatdan başlayan, yuxarısı 1250 manatlıq qiymətə olan məhsullarını nağd pulla götürüb satmağı təklif ediblər. O, sata biləcəyinə əmin olmadığı məhsulu bəri başdan ödəməklə götürmək üçün pulu olmadığını deyəndə şirkətin ofis rəhbəri kimi təqdim olunan Oruc adlı şəxs onun anasının pensiyaçı olduğunu öyrənib demişdir ki, pensiya kartı ilə məhsul götürmək olar. Üstəlik, Aybəniz xanıma təklif etmişdir ki, qardaşını da bu biznesə qoşsun. Oruc müəllimin israrı ilə xanımlar Aybənizgilin kəndinə yollanmış, onun anası və qardaşı ilə görüşüb iş barədə doğmalarını da məlumatlandırmışlar. Onları Orucun vəd etdiyi kimi, bu işdə qazanc olduğuna inandırmaq üçün xeyli "dil tökdükdən" sonra anası Aybənizə 800 (səkkiz yüz) manat pul vermiş, onlar da həmin pula şirkətdən məhsul götürmüşlər. Lakin, tezliklə Aybəniz xanıma məlum olmuşdur ki, həmin bahalı məhsulları sata bilməyəcək. Onları şirkətə geri qaytarsa da, pullarını vermirlər.
A.Məhərrəmova bildirir ki, əvvəlcədən ona özü ilə başqa adamlar cəlb etmək öhdəliyinin olduğunu deməyiblər. Yəni, işin bütün şətləri ilə tanış olmayıb. Odur ki, redaksiyadan bu problemi ictimailəşdirməyi, aidiyyati qurumlara çatdırmağı xahiş etmişdir.
Tərəqqipərvər iqtisadçıların mətbuta verdikləri müsahibələrdən bəlli olur ki, şəbəkə marketinqində uduşda ancaq bir tərəf olur. Bu da marketinq biznesini idarə edənlər və piramidaya tez qoşulanlardır. Şəbəkə biznesi ilk dəfə ABŞ-da yaranaraq sonradan dünyanın müxtəlif ölkələrində yayıldı. Amma sonradan şəbəkə biznesində iştirak edənlərin böyük bir qisminin biznesi təşkil edənlər tərəfindən aldadılması və eyni zamanda sözügedən biznesində iştirak edənlərin əksəriyyətinin ziyanla üzləşməsi səbəbindən ABŞ-da bu fəaliyyət növü qadağan edildi. Bir müddət sonra inkişaf etmiş ölkələr də şəbəkə biznesi birmənalı şəkildə insanların aldadılmasına gətirib çıxardığından qadağan edildi.

Şəbəkə biznesi yüksək gəlir gətirsə belə, bütövlükdə insanların aldadılmasına və onların vəsaitlərinin bir qisminin əlindən alınaraq bu biznesə qoyulmasına gətirib çıxarıb. Məhz bu baxımdan inkişaf etmiş və digər ölkələrdə şəbəkə biznesi bir biznes növü kimi qadağan edilib. Ancaq nisbətən az maariflənməyə malik olan və savad baxımından daha az inkişaf etmiş cəmiyyətlərdə şəbəkə biznesi inkişaf edir. Çünki dünyagörüşü məhdud və savadsız insanları inandırmaq daha rahat və asandır. Azərbaycan da belə ölkələrdəndir. Bu biznesin əsas məğzi ondan ibarətdir ki, insanları daha asan, işləmədən gəlir əldə etməyə inandırırsan.
Qeyd edək ki, bir neçə il əvvəl Türkiyədə də şəbəkə biznesi, konkret olaraq "QuestNet" şirkəti fəaliyyətə başlayıb. 2011-ci ildə isə "QuestNet" International Limited firması barədə cinayət işi qaldırılıb. Türkiyədə aparılan araşdırmalar zamanı bəlli olub ki, piramida sistemi ilə qurulan şəbəkə biznesində üzvlərin 83 faizi uduzur, yalnız 17 faiz udur. Şəbəkə biznesinə üzv olanların heç də hamısı uduzmur. Başqa insanlara da məhz udanlar misal kimi göstərilir. Bu biznesə qoşulanların qoyduğu pul batmaq təhlükəsiylə üzləşdiyindən və pullarını çıxarmaq istəyi gözlərini örtdüyündən ən yaxın adamlarını belə inandıraraq şirkətə yazdırırlar ki, heç olmasa qoyduqları pulu götürsünlər.
Bir neçə il öncə Azərbaycanda da "QuestNet" şirkətini yaradanların böyük bir qisminin həbsi həyata keçirildi. Baxmayaraq ki, bu biznes növü Azərbaycanda rəsmi olaraq qadağan deyil, amma ortada aldatma faktları olduğuna görə hətta cinayət işi də açıldı. Bu biznesə yalnız yaxınların cəlb edilməsi də ona xidmət edir ki, aldadılsa belə dost-dostdan, qohum-qohumdan şikayət edə bilməsin. Bu cür şirkətlərin ofislərinin yerini tez-tez dəyişməsinin səbəbi də şikayətçilərin onları tapmamasına və dövlət qurumlarının onların fəaliyyətini nəzarətdə saxlaya bilməməsinə hesablanıb.

Quliyeva Xuraman

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO