Azərbaycan İdeyası

XƏSTƏNİN SƏNƏDLƏRİNİ İKİ İL SAXLAYIB YENİDƏN TOPLAMASINI TƏLƏB EDİRLƏR - - İmişli mərkəzi xəstəxanasında

Tarix:17-10-2019, 15:30
Baxış Sayı:834

İmişli rayonunun Qaravəlli kəndində yaşayan Əliyev Adəm Allahyar oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, onkoloji xəstə olan qohumu Gülalıyeva Tünzalə Şahlar qızının xəstəliklə əlaqədar pensiyaya çıxmaq cəhdlərinin korrupsiya motivli hüquqpozmalar səbəbindən uğursuz alınmasından şikayətlənmişdir. Yazır ki, iki il əvvəl toplanmış sənədləri İmişli raon mərkəzi xəstəxanasına veriblərmiş, iki il saxladıqdan sonra tələb olunan rüşvəti vermədikləri üçün onlara deyiblər ki, sənədlərin "vaxtı çıxıb". Odur ki, redaksiyadan bu məsələni ictimailəşdirməyi xahiş etmişdir.
Ərizəyə qoşma edilmiş sənəd surətlərinə göz ataq:
Səhiə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 28 iul 2017-ci il tarixli 16417 nömrəli yekun patoloji diaqnozuna və rəyinə görə Tünzalə Gülalıyeva süd vəzin infiltrativ pacıq-axacaq karsinomasından əziət çəkir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-tibb idarəsinin 29 avqust 2017-ci il tarixli epikrizindən görünür ki, Tünzalə Gülalıyevanın şikayəti sağ süd vəzisində olan ağrılardan və əmələ gələn bərk konsistensiyalı hərəkətsiz törəmədəndir. Bundan başqa, Dövlət Gömrük Komitəsinin Tibbi xidmət idarəsinin İmişli raon mərkəzi xəstəxanasına təqdim olunmaq üçün Tünzalə Gülalıyevaya verdiyi arayışda qeyd olunur ki, o, həqiqətən Mərkəzi Gömrük Hospitalına "C50.0-Sağ süd vəzi Cr. pT2N1M0. II B mərhələ" diaqnozu ilə müraciət etmişdir: "Xəstə 26.07.2017-ci il, 16.08.2017-ci il, 07.09.2017-ci il, 28.09.2017-ci il, 19.10.2017-ci il, 10.11.2017-ci il tarixlərdə "Adriamicin+Endoxan" protokolu ilə 6 kurs kiməvi dərman müalicəsi almışdır. Xəstəyə sahə onkoloqunun nəzarəti məsləhətdir".
İmişli RMX xəstəyə nəzarət etməli olan sahə onkoloqunu özü təin etməli idi və həmin onkoloq yaxşı bilir ki, iki il ərzində həmin xəstə sağalıb, ya yox. RMX-nın nəzdindəki komissiyanın iki il sənədləri saxlayaraq, indi enidən toplanılmasını tələb etməsi isə absurddur.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalışıb mövzuya qayıdacağıq.


Əməkdaş; Adəm Allahyar oğlu

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə