Azərbaycan İdeyası

DÖVLƏTDƏN MƏNZİL ALMAĞI ÜÇQAT HAQQ ETMİŞ QARABAĞ ƏLİLİNİ ALDADIRLAR

Tarix:4-02-2020, 11:29
Baxış Sayı:1 117

Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı sahəsində mühüm addımlar atılıb. Həmin kateqoriyalardan olanlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfədən çox, yəni 626 mənzil təqdim edilib. Bu il isə azı 800 mənzil verilməsi nəzərdə tutulub. Onlardan artıq 174 mənzil verilib. Bununla indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6828 mənzil təqdim edilib.
Bu il dövlət başçısının təqdim etdiyi iki sosial islahat paketi 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub, onların sırasında şəhid ailələri və müharibə əlilləri də var. Bunun nəticəsində həmin vətəndaşlara yönələn təqaüd və müavinətlərin, pensiyaların da əhəmiyyətli dərəcədə artırılması təmin edilib.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin daim həssas qruplara, o cümlədən şəhid ailələrinə, müharibə əlillərinə xüsusi qayğı göstərdiyini məmnunluq hissi ilə vurğulayır, sosial təminatlarının gücləndirilməsi üçün atılan mühüm addımlara, müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə edirlər.
Təəssüflər olsun ki, imtiazlı kateqoriadan olan vətəndaşlaraın mənzil növbəsində arı-seçkilik edilməsi bütün bu tədbirlərə kölgə salmağa xidmət edir.
Füzuli rayonundan olan məcburi köçkün, Qarabağ əlili Quliyev Cahangir Məmiqulu oğlu ərizə ilə redaksiyamıza müraciət edərək, ailəsinin mənzil şəraitinin acınacaqlı olmasından şikayətlənmişdir: "1993-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüşük. Hal-hazırda Bakı şəhəri Səbail rayonu Ömər Faiq Nemanzadə küçəsi 33 ünvanda, Qış Klubunda dörd nəfər bir otaqlı evdə yaşayırıq. Bizim vəziyyətimiz acınacaqlıdır. Övladlarım böyüyüb, oğlum ali məktəbdə, qızım kollecdə oxuyur. Ev çox pis haldadır, uçub-dağılır. Nəmişlikdən xəstəlik tapmışıq. Mən özüm II qrup Qarabağ əlili olduğuma görə, mənə belə şəraitsizlik çox ağır gəlir. Dəfələrlə bu vəziyyətimizlə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişik. Hər dəfə də söz verirlər ki, sizi evlə təmin edəcəyik, amma aldadırlar. Sonuncu dəfə Qobu - 2 massivində tikilən evdən mənzil verəcəklərini vəd etmişdilər. Axır ki, biz 21.10.2019-cu il tarixdə Eldar Zeynalovun qəbuluna düşdük. Həmin vaxt bizə sərt halda: "Evlər paylanılıb, sizi evlə təmin edə bilməyəcəyəm" - dedi. Heç bir söz deməyib oradan ayrıldıq. Hörmətli redaksiya, qeyd etdiklərimi oxucu ictimaiyyətinə çatdırmağınızı, aidiyyəti üzrə köməinizi əsirgəməməyinizi xahiş edirəm".
Onu da öyrəndik ki, Cahangir Quliyevin qardaşı Bakir Məmiqulu oğlu Quliyev Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Müəllif öz ərizəsinə həmçinin özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqələrinin, məcburi köçkünlük vəsiqəsinin, əmək qabiliyyətini itirməsinin təsdiqləndiyi II qrup gözdən əlillik vəsiqəsinin, xəstəliyi haqqında arayışın, məhz döyüş zamanı zərər çəkdiyini təsdiqləyən aktın surətlərini də əlavə etmişdir. Sənədlərdən məlum olur ki, Cahangir Yuxarı Veysəlli kəndində erməni quldurları ilə atışma zamanı göz qəfəsindən qəlpə yarası almış, gözü çıxarılmışdır.
Beləliklə, Cahangir Quliyev dövlət hesabına mənzillə təmin olunmağı üç-dörd qat haqq etmişdir: 1 - Məcburi köçkündür; 2 - Qarabağ əlilidir; 3 - Şəhid qardaşıdır. Amma bu imtiyazlardan hər hansı birinə malik minlərlə vətəndaş mənzil növbəsində onu qabaqlamışdır.

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı