Azərbaycan İdeyası

Gəncədə Əsgər Ağa Goraninin evi sökülüb? - FOTO

Tarix:4-02-2020, 12:28
Baxış Sayı:149

Sosial şəbəkələrdə Gəncənin qədim binalarından biri olan jurnalist, maarifçi və ictimai xadim Əsgər Ağa Adıgözəlov Goraninin evinin sökülməsi barədə məlumat yayılıb.
Bildirilib ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən binada artıq söküntü işləri başa çatıb.
Məsələ barədə Oxu.Az-ın əməkdaşı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb. Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin bina dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələri siyahısında deyil.
Gəncə Şəhər İcra Hakimiyytindən isə saytımıza deyilib ki, Gəncənin qədim binalarından biri olan Əsgər Ağa Adıgözəlov Goraninin evinin sökülməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin açıqlamasına görə, sökülən binanın Əsgər Ağa Adıgözəlov Goraninin mülkü olması ilə bağlı heç bir tarixi fakt yoxdur. Arxiv sənədlərində Əsgər Ağa Goraninin yaşadığı evin Gəncənin başqa hissəsində yerləşdiyi göstərilir. Həmçinin bildirək ki, sökülən bina tarixi əhəmiyyətə malik olmadığından Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerli və ölkə əhəmiyyətli tarixi bina kimi qeydiyyata alınmayıb”.
Qeyd edək ki, Əsgər Ağa Gorani tarixçi Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsidir. Mirzə Adıgözəl bəy Azərbaycan tarixinə “Qarabağnamə”nin müəllifi kimi müstəsna xidmətilə daxil olub.
Eyni zamanda, Əsgər Ağa böyük maarifpərvər xidmətləri ilə tariximizdə iz qoyub. Milli teatrın yaranmağa başladığı dönəmdə Mirzə Fətəli Axundzadənin pyesləri əsasında səhnəyə qoyulan əsərlərdə müxtəlif obrazlar canlandırıb.

Əsgər Ağa Goraninin evinin bir müddət keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Gəncədəki binası kimi fəaliyyət göstərdiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı