Azərbaycan İdeyası

Baş infeksionistdən COVİD-19-un yeni forması ilə bağlı MÜHÜM AÇIQLAMA

Tarix:6-01-2021, 12:32
Baxış Sayı:74


''COVİD-19-un ilk dəfə Böyük Britaniyada rast gəlinən mutasiyaya uğramış növü artıq qonşu ölkələr - Gürcüstan və İranda da aşkar olunub. "Britaniya ştammı" adlanan yeni növ virus digər viruslara nisbətən daha sürətli yoluxma qabiliyyətinə malikdir.
Azərbaycanda isə hələlik COVİD-19-un yeni formasına yoluxma halı qeydə alınmayıb''.
Korrupsiya-q.az xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, ölkədə hələlik belə bir təhlükə yoxdur:
“Elmi dəlillərə əsasən belə bir təhlükə ölkədə yoxdur, bunlar kiçik mutasiyalardır. Hesab edirik ki, tətbiq olunacaq vaksin bu cür yeni virusların qarşısını almaqda effektiv olacaq”.
T.Eyvazov əlavə edib ki, son günlər aparılan test sayına görə cavabları pozitiv çıxanların sayında da əhəmiyyətli dəyişikliklər var: “Son günlər bu rəqəm 10 faiz ətrafındadır, ancaq infeksiyanın yüksək yayılma dövründə bu 25-27 faizə qədər çatırdı”.

OXŞAR XƏBƏRLƏR
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Arxiv xidməti “yuxulayan rejim”də işləyir
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Bakıda yeni hava limanı tikilir - Bu ünvanda
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Azərbaycanda bu dərmanlar pulsuz veriləcək - RƏSMİ
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
Sabah leysan yağacaq, güclü külək əsəcək-03.05.2025.
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
“RR Construction” MMC evini sökdüyü vətəndaşları aldadıb
İctimai nəqliyyatda yaşlılarla cavanlar arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”
İctimai nəqliyyatda yaşlılarla cavanlar  arasında “yer davası”: Hər iki tərəfin bir sualı var: “Niyə?”