Azərbaycan İdeyası

Haqq nazilər, amma üzülməz

Tarix:18-09-2018, 16:10
Baxış Sayı:372

Pozulmuş mülkiyyət hüquqlarının bərpası urunda mübarizə aparan vətəndaş Aydın Məmmədov redaksiyamıza növbəti məktubla müraciət edərək, bu mücadiləsində ona informasiya dəstəyi verdiyimizə, Yasamal rayon rayon məhkəməsinin 30.01.2018-ci il tarixli qətnaməsinin icra gedişatını müşahidə edərək ardıcıl və prinsipial mövqe tutmağımıza, respublikada qanunun aliliyinə inamı onda gücləndirdiyimizə görə şəxsən baş redaktora və redaksiya heyətinə dərin və səmimi minnətdarlığını bildirmişdir.
Aydın Məmmədov çoxdan mücadilə apardığı arzusu həyata keçmək üzrəykən, onu məyus edən daha bir "sürpriz" barədə yazmışdır:
"Məsələ burasındadır ki, 19 iyul 2018-ci il tarixdə adı çəkilən məhkəmə qətnaməsinin aidiyyatı olan təşkilat və idarə nümayəndələrinin (ocümlədən icraçı məmurların) iştirakilə Tolstoy küçəsi, dalan 7, 2 saylı evin 2-ci mərtəbəsində 14 ildir ki, qanunsuz tikilmiş hamam, tualet, arakəsmə, qapı, su və qaz boruları cavabdeh Anar Hüseynov "tapılmadığına" (?) görə məcbur olub bizim vəsait hesabına sökülməsi, nəhayət ki, başa çatdırıldı.
Bizə (otaqlarımıza) dəymiş zərərin məbləğinin ödənilməsilə əlaqədar ertəsi günü böyük icarçı məmur R.Muradov bizə telefon açıb bildirdi ki, cavabdeh Anar Hüseynovun atası Məhəmmədəli Hüseynov qətnamədə göstərilən 1172 manat civarında cəriməni ödəməyə hazırdır. Bununla əlaqədar biz rayon İcra və Probasiya Şöbəsinə dəvət olunduq ki, məhkəmə qətnaməsinin tələbləri tam icra olunsun. Burda deyiblər ki, "sən saydığını say, gör fələk nə sayır".
Etiraf edim ki, bu xəbərə inanmadım, çünki 2017-ci ilin mart ayından bu günədək bizə olmazın əzablar vermiş, əsəblərimizi dəfələrlə tarıma çəkmiş (iki dəfə xəstəxanaya müraciət etməli olmuşam) Hüseynovların bu addımına inanmadım. Lakin bu xəbəri bizə çatdıran dövlət məmuru olduğundan, İcra və Probasiya Şöbəsinə getməyə hazırlaşırdıq ki, böyük məmur R.Muradov təkrar bizə telefon açıb bildirdi ki, cavabdehlər fikirlərindən daşınmış və guya apellyasiya məhkəməsinə şikayət verəcəklər (Paradoks - məhkəmə qətnaməsinin qüvvəyə minməsindən 5 ay keçibsə, hansı apellyasiya şikayətindən danışmaq olar?).
Xatırladaq ki, qətnamənin icrası o vaxt dayandırıla bilər ki, məhkəmə öz qətnaməsini dəyişsin, yaxud da qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verilsin. Beləliklə, mövcud qayda-qanun pozularaq, icra hansısa "dirijorun" iradəsilə əsassız surətdə qeyri-müəyyən vaxta dayandırıldı.
Qəribədir, nə vaxtdan İcra və Probasiya Şöbəsi məhkəmənin qərar və qətnaməsini bir kənara qoyub ayrı-ayrı şəxslərin istəyi, arzusu ilə hesablaşır, fəaliyyətini "tənzimləyir"?
İcrada baş verən bu "anlaşılmazlıqlara" aydınlıq gətirmək üçün Yasamal rayon məhkəməsinə müraciət etdik. Hakim köməkçisi bizə bildirdi ki, hakim məzuniyyətdədir, gələn həftə işə çıxanda məsələyə aydınlıq gətirəcəkdir. Çarəsiz qalıb gözləməli olduq. Avqustda məhkəmədən bizə bildirdilər ki, qətnamə qüvvədədir və onun tam icrasını biz icraçılardan tələb etməliyik.
Burada da kiminsə süründürməçilik "ssenarisi" işə düşdü. Bizim icraçılara telefonla müraciətlərimiz cavabsız qaldı (yığılan nömrələr dərhal söndürülürdü). 85 yaşımda, səhhətimin indiki ağır vəziyyətində isə İcra və Probasiya Şöbəsinə get-gəldə qalmağa fiziki imkanım yoxdur.
Bax beləcə, "gizlən-qaç" oyunu davam edir. Sual olunur: Kimin xətrinə, nəyə görə və nə vaxta kimi? Bir atalar məsəlini xatırladım ki, haqq nazilər, amma üzülməz. Bu, labüddür və həqiqətdir! Vxt uzandıqca zərər çəkmiş otaqların daha da yararsız hala düşür: divarlar göbələklə örtülmüş, mala tökülmüş, uçmaq təhlükəsi qarşısındadır. Tavan isə 1,5 x 1,0 metr həcmində çürüyərək döşəməyə tökülmüş, rütubət indi də döşəməni çürüdür!..
Biz pozulmuş mülkiyyət hüquqlarımızın bərpasını tələb edirik. Əgər rayon İcra və Probasiya Şöbəsi bunu təmin etmək iqtidarında deyilsə, respublika Ədliyyə Nazirliyinə müraciət edirəm və köməklik göstəriləcəyinə ümid edirəm".
Redaksiya olaraq bəyan edirik ki, bu mücadilənin yekununu görüncə hüquqlarının bərpası uğrunda mübarizə edən vətəndaşın yanında olacağıq. Çünki bu məsələ təkcə oxşar problemlərlə üzləşənlərin deyil, bütün oxucularımızın diqqət mərkəzindədir.


"Korrupsiya və qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO