Azərbaycan İdeyası

YERSİZ GƏLDİ, YERLİ, QAÇ!

Tarix:23-08-2017, 16:14
Baxış Sayı:424


Hakimlər əmlakı zəbt olunan şəxsin mülkiyyət hüquqlarını qorumaq əvəzinə, onun iddia ərizəsini "redaktə" etməklə məşğuldurlar
Bakı şəhəri, Yeni Yasamal - 2, Kənar Dairəvi 11, mənzil 139 ünvanda yaşayan Məmmədov Aydın Babaş oğlu redaksiyamıza müraciət edərək vaxtilə onun evini kirayəyə götürmüş şəxslər tərəfindən zəbt olunduğunu bildirmişdir. Aydın Məmmədov ərizəsində yazır:
"2003-cü ildə dəllal Nazilə Məmmədovanın vasitəsilə Hüseynovlar ailəsini (Hüseynov Məmmədəli, arvadı Hüseynova Lətifə və qızı Hüseynova Təranə) kirayənişin qismində bizə məxsus Bakı şəhəri, Tolstoy küçəsi, dalan 7, ev-2 ünvana qəbul etdik. Məmmədəli Hüseynov şəxsiyyət vəsiqəsinin Naxçıvanda qaldığını əsas göstərib kirayə müqaviləsi bağlamaqdan imtina etdi. Bir müddət sonra ondan yenidən sənəd tələb etdikdə kirayə haqqını da verməkdən boyun qaçırdı və hətta evə sahiblik iddiası ortaya qoydu. Məcbur olub iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət etdik. 10 ay süründürməçilikdən sonra məsələyə baxıldı və Hüseynovlar ailəsinin bizə məxsus otaqlardan çıxarılması haqqında 22.02.2005-ci il tarixli qətnamə (işN:2-557/05) qəbul edildi. Bu prosesdən öncə bizə məxsus otaqlardan kitablarımı götürmək istəyəndə mənim xəbərim olmadan üstümə böhtan atdılar və guya dəmir əşya ilə Hüseynovun qızına zərbə endirməyim və bununla da sağlamlığına yüngül xəsarət yetirməyim barədə şikayət etdilər. Əsassız ittihamlarla mənə qarşı cinayət işi qaldırıldı və Yasamal rayon Məhkəməsinin 12 fevral 2004-cü il tarixli hökmü ilə təqsirli bilinərək, CM-nin 128-ci maddəsinə uyğun olaraq şərti maliyyə vahidinin yüz misli miqdarında cərimə cəzasına məhkum edildim. Lakin həmin hökm Apellyasiya Məhkəməsinin Cinayət və İnzibati Hüquqpozmalara dair işlər üzrə Kollegiyasının qərarı ilə ləğv olundu və mən cinayət məsuliyyətindən azad edildim.
Hüseynovlar ailəsi zəbt etdikləri otaqlarımızı səliqə-səhmana salmaq istəyən gəlinim İradə xanımın saçını yolmuş, ona fiziki xəsarət yetirmişlər. Verdiyimiz şikayət əsasında Məmmədəli Hüseynovun qızları Təranə və Ruhanəyə qarşı cinayət işi qaldırılmış və rayon məhkəməsinin 22.04.2004-cü il tarixli hökmü ilə hər birinə CM-nin 132-ci maddəsi ilə şərti maliyyə vahidinin yüz misli miqdarında cərimə cəzası verilmişdir. 2004-cü ildə hansısa vasitə ilə qaynatam İsi Quliyevin otaqlarına sahib duran Hüseynovlar şərikli eyvanda hamam, tualet, arakəsmə işləri aparmağa başladılar. Onların bu qanunsuz hərəkətləri barədə İcra Hakimiyyətinə, Kommunal Təsərrüfat İdarəsinə etdiyimiz müraciətlərə müsbət cavab verilsə də, onlar qanunsuz əməllərini davam etdirdilər və biz bir daha məhkəməyə üz tutmalı olduq. Rayon məhkəməsinin 22.02.2005-ci il tarixli, 2-557/2005 saylı qətnaməsi ilə bizim mülkiyyətimizdə olan və həmin ünvanda yerləşən mülk payı üzərində sərəncam hüquqlarımızın həyata keçirilməsinə maneə törədilməsi Hüseynovlara qadağan edilsə də, evin 2-ci mərtəbəsində onlar tərəfindən plastik lövhələrlə quraşdırılmış arakəsmə, qapı, hamam, tualet, qaz və su borularının sökülməsi, orada quraşdırılmış qaz plitəsi və su kranının çıxarılması qət edilsə də, qətnamə icrasız qaldı.
2010-cu ilin sentyabrında rayon məhkəməsinə bir daha müraciət edib həmin qətnamənin yenidən icraya yönəldilməsini xahiş etdik. Çünki qanunsuz tikdikləri hamam və tualetin çirkab suları bizə məxsus 2 və 3 saylı otaqların divarlarına axaraq onları yaşayış otaqları kimi istifadəyə yararsız hala salmışdı. Qəribədir ki, sən demə məhkəmə hakimi Qurbanov Raqib Əliddin oğlunun sədrliyi ilə bizim xəbərimiz və iştirakımız olmadan həmin qətnamənin ləğv olunması haqqında qərar çıxarılmış və həmin qərarın axtarışı heç bir nəticə verməmişdir. İşi axıra çatdırmaq məqsədilə yeni iddia ərizəsi ilə məhkəməyə getməli olduq və məsələ bizim xeyrimizə həll olundu. Ali Məhkəmənin mülki kollegiyası cavabdeh Hüseynovun kassasiya şikayəti əsasında məntiqsiz, çox qəribə qərarla rayon məhkəməsinin çoxsaylı qərardadlarını, Apellyasiya Məhkəməsinin qərardadını ləğv etmişdir. Bu məhkəmə çəkişmələrinin gedişatında cavabdeh qanunsuz inşa etdiyi hamam və tualetdə cari təmir işləri apardığından, bir müddət bizim otaqlara çirkab suları axmadı. 2015-ci ildə evimizin yerləşdiyi ərazidə köhnə binaların sökülməsi ilə əlaqədar qeydəalma vərəqəsi və texniki pasportaların surətləri toplananda biz otaqlarımıza yenidən suyun axdığına əhəmiyyət vermədik. Lakin son vaxtlar öyrəndik ki, evlərin sökülməsi maliyyə çatışmazlığı səbəbindən qeyri-müəyyən müddətə dayandırılmışdır. Odur ki, "qonşumuz" Hüseynovlar tərəfindən qanunsuz inşa edilmiş hamam-tualetdən sonuncu dəfə çirkab suyunun axdığı Novruz bayramı ərəfəsində onların otağında yaşayan Məhərrəm Baxşəliyevə xəbərdarlıq etdik. O isə cavabında bizi təhqir etdi. 43 saylı Mənzil İstismar Sahəsinin Cavanşir adlı əməkdaşını dəvət etdik ki, çirkab suyunun haradan axmasını müəyyənləşdirsin və Baxşəliyevə axan suyun yağış suyu olmadığını, məhz hamam-tualetdən axdığını sübut edək. Lakin Baxşəliyev vəzifə başınnda olan Cavanşiri də təhqir edib həyətdən qovdu.
Rayon polisinin köməyi ilə Hüseynovların telefonunu öyrənib rayon məhkəməsinə müraciət etdik. Burada artıq özbaşınalıqla üzləşdik. Əvvəlcə hakim Toğrul Axundov mübahisəli evin bu gün-sabah söküləcəyini nəzərə almağımızı və barışmağımızı təklif etdi. Neçə il dözmüşdük, daha bir həftə də dözməyi qərara aldıq. Fikirləşdik ki, cavabdehlər insafa gəlib zərər vurduqları otaqları təmir edər, barışığa nail olarıq. 20 gün ərzində cavabdehlər bizimlə maraqlanmadılar, zəng etmədilər, barışıq baş tutmadı. Biz bir daha hakimə müraciət edəndə o, bəhanə gətirdi ki, iddia ərizəsində ata Hüseynovun əvəzinə oğul Hüseynov Anarın adı göstərilməlidir. Elə sənədləri poçtdan aldığımız gün yenidən məhkəməyə müraciət etdik. 10 gün sonra məlum oldu ki, hakim T. Axundov məzuniyyətə çıxıb və iş başqa hakim Fuad Babayevə tapşırılıb. 12 iyul 2017-ci il tarixdə məhkəməyə verdiyimiz növbəti iddia ərizəmizdə indi də F. Babayev "redaktə" işi apardı və sənədləri yenidən poçtla üstümüzə qaytardı.
Onu da qeyd edim ki, hakim T. Axundovun sədrlliyi ilə aparılan iclasda cavabdehlər və onların hüquqşünas qohumu mənim ləyaqətimə toxunan ifadələr işlətdikləri üçün çox əsəb gərginliyi keçirdiyimə görə poliklinikanın həkimləri mənə Mərdəkan qəsəbəsindəki Müharibə və Əmək Veteranları Xəstəxanasına müalicəyə göndərdilər.
Beləliklə, hakim F. Babayev iddia ərizəmizi "diqqətlə" oxuyub indi də tövsiyə edir ki, ünvanda göstərdiyimiz iki cavabdehin ikisinin də cərimələnməsini göstərək. Güman edirəm, zərər mənzilin sahibindən tutulmalıdır, kirayənişindən yox. Hakimlərin işin mahiyyətinə varmaq əvəzinə, mənim iddia ərizələrimi "redaktə" etməklə məşğuldurlar. Bir daha xatırladım ki, xəstəxanada olarkən məhkəməyə etiraz ərizəsi göndərdim ki, Məcəllənin 53-cü maddəsinə əsasən iddia ərizələrimizə tutulan iradlar məhkəmənin gedişində, proses zamanı aradan qaldırılmalıdır. Bu qanuni tələblər bəlkə Yasamal Məhkəməsinə aid deyil? Bilmirəm, məhkəmə bu süründürməçilikdə, cavabdehlərə belə can yandırmaqda, havadarlıq etməkdə nə məqsəd güdür? Bəlkə Məmmədəli Hüseynovun məni infarkt etmək məqsədinə xidmət edirlər?- Bilmirəm. Onu bilirəm ki, haqq nazilər, üzülməz. Tez-gec ədalət bərqərar olacaq, pozulmuş mülkiyyət hüquqlarımız bərpa olunacaqdır".
Aydın Məmmədov həmçinin qeyd edir ki, Hüseynovlar ailəsi onlsara məlum olmayan səbəbdən 2004-cü ildə qaynatası İsi Quliyevə məxsus üzbəüz otaqlara rahat köçəndən sonra onların yerinə kirayənişin götürməyə də imkan verməmişlər. Məmmədovların kirayənişin götürdükləri iki tələbə oğlanı da Məmmədəlinin oğlu Anar başının qoçu dəstəsi ilə döyüb qovmuşdur. Şikayətçi yazır ki, Məmmədəli onu aşkar hədələyir, ya infark edəcəyini, ya da şərləyib həbsxanaya saldıracağını, nəhayət, evin bütün yaşayış sahəsinə sahib çıxacağını deməkdən çəkinmir. Aydın müəllim aqressiv qonşuları ilə sivil qaydada, hüquqi müstəvidə mübarizə apardığını, lakin Məmmədəli Hüsynovdan və onun oğlu Anarın bandasından gələ biləcək təhlükədən ehtiyatlandığını yazır. Ümid edir ki, "4-cü hakimiyyət" sayılan mətbuat vasitəsilə, ictimai qınaq yolu ilə öz haqqını qorumağa nail olacaqdır.


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ərazi və əhali
Ərazi və əhali
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Rabitə
Rabitə
Nəqliyyat
Nəqliyyat
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb