Azərbaycan İdeyası

ƏMƏK MÜFƏTTİŞLİYİ ALDADILMIŞ RƏNGSAZLARIN MƏSƏLƏSİNİ NƏ VAXT ÇÖZƏCƏK?

Tarix:2-10-2018, 15:51
Baxış Sayı:584



Redaksiyamıza Azərbaycan Respublikası vətəndaşları Damət Yəhya oğlu Xurşudov, Tacir
Ələsgərov və Türkiyə Cümhuriyyəti vətəndaşı Halil Kartal Mustafa oğlu ərizə ilə müraciət
edərək, qarşılaşdıqları hüquqpozmalardan şikayətlənmiş və aldadıldıqlarını bildirmişlər.
Yazırlar ki, İstambul "Çarşı" inşaat şirkətinin Lənkəran rayonundakı "İstisu" sağlamlıq və
istirahət mərkəzində yerinə yetirdiyi sifariş çərçivəsində bir sıra işləri (suvaq, malyar, rəngsazlıq)
görmək üçün Türkiyə Cümhuriyyəti vətəndaşı cənab Mustafa Çelik tərəfindən cəlb olunublar.
24.03.2018-ci il tarixdən Lənkərana gəlib işə başlayıblar və razılaşdıqları həcmdə 16842 (on altı
min səkkiz yüz qırx iki) manatlıq tarsovka və rəngsazlıq işi (malası vurulmuş yerlərin üzərinə)
görüblər. Sonradan əlavə təmir işləri ortaya çıxıb və onu yerinə yetirmək üçün Mustafa Çelik
ustalara 8000 (səkkiz min) AZN əlavə ödəyəcəyini vəd edib. Bundan başqa, işin gedişatında
malası vurulmamış və sonradan malası qopmuş 800 (səkkiz yüz) kv/m sahə yerlər aşkarlanıb ki,
onların da təmiri işinin qiyməti 4000 (dörd min) manat edib. Beləliklə, şikayətçilərin
hesablamalarına görə,qiyməti üst-üstə 28842 (iyirmi səkkiz min səkkiz yüz qırx iki) manat edən
işə görə onlara cəmi 19000 (on doqquz min) manat ödənilib. Bildirirlər ki, 9842 (doqquz min
səkkiz yüz qırx iki) manat təşkil edən qalıq pulu istəyəndə isə Mustafa Çelik zəhmət haqlarını
ödəmək əvəzinə, əksinə, onların özlərini borclu çıxarmağa çalışıb və aşkar surətdə onları təhdid
etməyə başlayıb.
Şikayətçilər ərizədə həmçinin göstərirlər ki, iş yoldaşları Orxan Sadıqov, Daşqın Sadıqov, Ülvi
İmanov, Elqem Yaqubov, Etimad Rüstəmov hal şahididirlər və qeyd olunanları təsdiqləyə
bilərlər. Bundan əlavə, əllərində işəgötürənin onları təhdid etməsinin təsdiqi kimi xidmət edəcək
mobil telefon danışıqlarının səs yazısı da var.
Ərizə müəllifləri həmçinin bildirirlər ki, məsələ ilə əlaqədar Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yasamal rayon 2 saylı Əmək Müfəttişliyinə və Dövlət
Miqrasiya Xidmətinə müraciətlər ediblər, lakin indiyədək heç bir nəticə alınmayıb. Odur ki,
qəzetimiz vasitəsilə problemin ictimailəşdirilməsini, əlaqədar qurumların diqqətinə
çatdırılmasını xahiş etmişlər.
Redaksiya olaraq, öz növbəmizdə Əmək Müfəttişliyinə zəng vurub şikayətçilərin müraciətlərinə
baxılması vəziyyətini öyrənməyə çalışdıq. Müfəttişliyin bizimlə təmasda olan nümayəndəsi
məlum şikayətnamənin qəbul edildiyini və hazırda məsələnin araşdırıldığını, işəgötürənlə işçilər
arasında fikir ayrılığının mövcudluğundan xəbərdar olduqlarını bildirdi. Vəd etdi ki, araşdırma
başa çatınca nəticəsi barədə redaksiyanın məlumatlandırılması təmin olunacaq.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO