Azərbaycan İdeyası

ƏMƏK MÜFƏTTİŞLİYİ ALDADILMIŞ RƏNGSAZLARIN MƏSƏLƏSİNİ NƏ VAXT ÇÖZƏCƏK?

Tarix:14-09-2018, 13:14
Baxış Sayı:866



Redaksiyamıza Azərbaycan Respublikası vətəndaşları Damət Yəhya oğlu Xurşudov, Tacir Ələsgərov və Türkiyə Cümhuriyyəti vətəndaşı Halil Kartal Mustafa oğlu ərizə ilə müraciət edərək, qarşılaşdıqları hüquqpozmalardan şikayətlənmiş və aldadıldıqlarını bildirmişlər.
Yazırlar ki, İstambul "Çarşı" inşaat şirkətinin Lənkəran rayonundakı "İstisu" sağlamlıq və istirahət mərkəzində yerinə yetirdiyi sifariş çərçivəsində bir sıra işləri (suvaq, malyar, rəngsazlıq) görmək üçün Türkiyə Cümhuriyyəti vətəndaşı cənab Mustafa Çelik tərəfindən cəlb olunublar. 24.03.2018-ci il tarixdən Lənkərana gəlib işə başlayıblar və razılaşdıqları həcmdə 16842 (on altı min səkkiz yüz qırx iki) manatlıq tarsovka və rəngsazlıq işi (malası vurulmuş yerlərin üzərinə) görüblər. Sonradan əlavə təmir işləri ortaya çıxıb və onu yerinə yetirmək üçün Mustafa Çelik ustalara 8000 (səkkiz min) AZN əlavə ödəyəcəyini vəd edib. Bundan başqa, işin gedişatında malası vurulmamış və sonradan malası qopmuş 800 (səkkiz yüz) kv/m sahə yerlər aşkarlanıb ki, onların da təmiri işinin qiyməti 4000 (dörd min) manat edib. Beləliklə, şikayətçilərin hesablamalarına görə,qiyməti üst-üstə 28842 (iyirmi səkkiz min səkkiz yüz qırx iki) manat edən işə görə onlara cəmi 19000 (on doqquz min) manat ödənilib. Bildirirlər ki, 9842 (doqquz min səkkiz yüz qırx iki) manat təşkil edən qalıq pulu istəyəndə isə Mustafa Çelik zəhmət haqlarını ödəmək əvəzinə, əksinə, onların özlərini borclu çıxarmağa çalışıb və aşkar surətdə onları təhdid etməyə başlayıb.
Şikayətçilər ərizədə həmçinin göstərirlər ki, iş yoldaşları Orxan Sadıqov, Daşqın Sadıqov, Ülvi İmanov, Elqem Yaqubov, Etimad Rüstəmov hal şahididirlər və qeyd olunanları təsdiqləyə bilərlər. Bundan əlavə, əllərində işəgötürənin onları təhdid etməsinin təsdiqi kimi xidmət edəcək mobil telefon danışıqlarının səs yazısı da var.
Ərizə müəllifləri həmçinin bildirirlər ki, məsələ ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yasamal rayon 2 saylı Əmək Müfəttişliyinə və Dövlət Miqrasiya Xidmətinə müraciətlər ediblər, lakin indiyədək heç bir nəticə alınmayıb. Odur ki, qəzetimiz vasitəsilə problemin ictimailəşdirilməsini, əlaqədar qurumların diqqətinə çatdırılmasını xahiş etmişlər.
Redaksiya olaraq, öz növbəmizdə Əmək Müfəttişliyinə zəng vurub şikayətçilərin müraciətlərinə baxılması vəziyyətini öyrənməyə çalışdıq. Müfəttişliyin bizimlə təmasda olan nümayəndəsi məlum şikayətnamənin qəbul edildiyini və hazırda məsələnin araşdırıldığını, işəgötürənlə işçilər arasında fikir ayrılığının mövcudluğundan xəbərdar olduqlarını bildirdi. Vəd etdi ki, araşdırma başa çatınca nəticəsi barədə redaksiyanın məlumatlandırılması təmin olunacaq.
"Korrupsiya və qanun

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı