Azərbaycan İdeyası

"Baku Medical Plaza" 20000 manat xərclətdiyi xəstəni ümidsiz qaytardı

Tarix:28-01-2019, 10:23
Baxış Sayı:4 052

"Baku Medical Plaza" 20000 manat xərclətdiyi xəstəni ümidsiz qaytardı

Redaksiyamıza ərizə ilə müraciət edən Musayeva Məlahət Kərim qızı yazır ki, həyat yoldaşı 1960-cı il təvəllüdlü Musayev Qənbər Ənvər oğlu hal-hazırda koma vəziyyətində, həyatla ölüm arasındadır. Xəstəni sağaldacağını vəd edən Azərbaycan Səhiyyəsi yarım ay ərzində tibb xidmətinə 20000 (!) manatdan artıq pul xərclətdikdən sonra Musayevlər ailəsinə acizliyini etiraf edib.
Ərizədə bildirilir ki, Qənbər Musayev 1996-cı ildə düşdüyü avtomobil qəzasında başından travma alıbmış. 2005-ci ildə "Semaşko xəstəxanası" kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzdə (KTM) əməliyyat olunub. 2013-cü ildə ilk dəfə komaya düşüb və "beyin sətəlcəmi" diaqnozu ilə KTM-də 6 gün həmin vəziyyətdə qalıb. 25 gün adı çəkilən tibb müəssisəsində reanimasiya müalicəsi götürüb və səhhəti yaxşılaşıb. Sonrakı 5 ildə ciddi şikayəti olmayıb. Son dəfə 2018-ci ilin dekabr ayının 2-də yenidən koma vəziyyətinə düşüb. Musayevlər təcili yardım çağırıblar və ekipajdan xahiş ediblər ki, xəstəni yaşadığı Lökbatan qəsəbəsindən məhz əvvəllər müalicə olunduğu xəstəxanaya aparsınlar. Amma təcili yardım ekipajı buna icazəmiz yoxdur" deyib və xəstəni Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasına götürüblər. Orada Nailə və Emin adlı həkimlər xəstəni müayinə edib beyninin iltihab vəziyyətində olduğunu, sağalma ehtimalının azlığını bildiriblər. Ailə üzvləri xəstəni son ümidlə Azərbaycanın ən böyük özəl xəstəxanası sayılan "Baku Medical Plaza" tibb mərkəzinə aparıb, uzman həkim Tural Rəhimliyə göstəriblər. Doktor Rəhimli xəstənin vəziyyət ilə tanış olub və xəstənin tibb mərkəzinə götürülməsi üçün ilkin olaraq 3 mun manat köçürmə etdirib. Elə oradaca tibb mərkəzinin təcili yardım xidmətinə 150 manat ödəniş ediblər. Reanimasiya şöbəsində xəstəni qəbul edən Kamal həkim deyib ki, xəstənin ciyərləri dolub və onu müalicə etmək mümkündür. Ertəsi gündən başlayaraq demək olar sonrakı 20 gün ərzində hər gün xəstə yiyəsindən 1000, 2000 manat pul tələb ediblər və bu minvalla üst - üstə 20000 manat civarında pul alıblar. Dərmanları da elə oradaca - başqa seçim yeri qoymadan məhz klinikanın aptekindən almağa məcbur ediblər. Bunca xərcin qarşılığında xəstənin vəziyyəti daha da ağırlaşıb, "Baku Medical Plaza" pulu almaq məqsədinə nail olandan sonra qohumlara onu evə götürməyi məsləhət görüb. Bildiriblər ki, xəstənin vəziyyəti ağırdır, 10-15 faiz yaşamaq ehtimalı var, çox güman süni nəfəs aparatından ayrılsa, iki saat sonra dünyasını dəyişəcək. Qorxudublar ki, qızdırması yuxarıdır, ürəyi partlayıb qəfil ölə bilər. Xəstənin yaxınları çıxarış alıb onu evə götürüblər. Klnikanın proqnozunun əksinə olaraq, xəstə dörd gün evdə qalıb. Hal-hazırda xəstə Respublika Xəstəxanasında koma vəziyyətindədir, daxil olandan üç gün sonra süni nəfəs aparatına qoşublar.Hərçənd, burada da xidmətin əsla pulsuz olmadığının qeyd edildiyi ərizə belə bir xahişlə yekunlaşır ki, problemi KİV-də ictimailəşdirmək yolu ilə özəl tibb müəssisəsinə əbəs yerə verdikləri pulları geri qaytarmaqda köməklik göstərilsin. Əslən Laçın rayonundan məcburi köçkün ailəsi olan Musayevlər ailəsi həmin pulu qohum-qonşudan borc götürdüklərini, daha bütün imkanlarının tükəndiyini bildirirlər.
Klinikanın reklamında bildirilir ki, Baku Medical Plaza beynalxalq standartlara uyğun sağlamlıq xidmətini ölkəmizə gətirmək üçün qurulmuşdur.Haqlı sual meydana çıxır: Budurmu beynəlxalq səhiyyə standartı?
İnternet üzərində araşdırma apardığımız zaman klinika haqqında xeyli narazılıq ifadə edən mənfi informasiyalar ortaya çıxdı. Tənqidi məqallələrin sərlövhələrinə göz ataq: “Baku Medical Plaza”da insanları çapıb talayırlar,"Baku Medical Plaza"da ŞOK OLAY: Həkim əməliyyatı yarımçıq qoyub qaçdı, 'Baku Medical Plaza''dan uşaq ölümünü ictimailəşdirən jurnalistə QEYRİ-ADİ TƏZYİQ" və s. Belə qənaətə gəldik ki, sözügedən tibb müəssisəsində hətta ümidsiz xəstələri, onların yaxın adamlarını aldadıb pulunu almaq, həyatını xilas edə bilmədikəri insanın meyitini pul almayınca mərhumun qohumlarına təhvil verməmək az qala adi haldır. Necə deyərlər, "qara günümüzü qablaşdırmışıq" ki, bu məsələni qələmə saldığımıza görə bizə də təzyiq göstərə bilərlər.


Mövzuya qayıdacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb