Azərbaycan İdeyası

MƏMUR ÖZBAŞINALIQLARI VƏ YA INSANLARIMIZ NƏDƏN NARAZILIQ EDIRLƏR - REALLIQLAR VƏ FAKTLAR

Tarix:9-04-2019, 15:04
Baxış Sayı:1 067

Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, "məmurların bir vəzifəsi var, o da xalqa xidmət etməkdir, mən özüm xalqın bir nömrəli xidmətçisiyəm". Yenə də cənab Prezident deyir : " Sahikarları incidənlər vətən xainidirlər".
Gəlin görək, bu məmur təbəqə necə ibrət götürür Prezidentimizin tövsiyələrindən: Vətəndaşlarımız adi bir yaşayış yerindən arayış almaq üçün rüşvət verməli olurlar. Doğum evlərində valideynləri həkimlər əməlli - başlı soyurlar, dövlət xəstəxanalarında belə pulsuz heç nə verilmir. Vətəndaş yeni tikilmiş evinə işıq, qaz, su çəkdirəndə zülmə qalır, bu qurumlar soyurlar milləti. Sovet dövründə qəpik - quruş olan işıq, qaz, su indi qızıl qiymətinə satılır əhaliyə, özü də borcun olduqda məhkəmə qərarı olmadan gəlib kəsirlər, qışın bu soyuğunda!! Çox təəssüf ki, bəzi deputatlar və hökümət bu xalqa qarşı necə deyərlər, "radikal müxalifətdədilər ". Deputat deyir ki, qazın, işığın, suyun, benzinin qiymətinin qalxmağı kasıblara təsir etmir! Bu fantasikadı e, adə, elə kasıblara təsir edir e.
Sağ olsun Prezidenti ki, ASAN Xidməti yaratdı. Amma sahibkarlar öz obyektlərinə qaz, işıq çəkdirmək istəyəndə gərək gedələr ASAN Xidmətə. Bəs ASAN Xidməti olmayan rayonlarda fəaliyyət göstərən sahibkar neyləsin??? Əvvəllər bu işləri bir neçə saata görmək olurdu. Kim fikirləşdi bütün bu "volokitaları", cənablar? Qazın, işığın, suyun çəkilməsi üçün verilən smetada avandılıqların qiyməti bazar qiymətindən 50 dəfədən çox şişirdilir! Məncə bunu hansısa qüvvələr qəsdən edirlər, insanları dövlətimizdən narazı salmaq üçün.
Ən ağırlı və yaralı yerimiz bank kreditləridir, özü də dollarlarla millətə məcburən sırınan kreditlər! Dollarla bankların kredit vermələri suverenliyimizə zidd bir hərəkətdir! Axı özümüzün milli valyutamız, manatımız var, niyə axı hansısa dövlətin valyutası ilə kredit verməli idi bizim bandit banklar??!! Yüksək çinli dövlər rəsmiləri, ö cümlədən hörmətli Mərkəzi Bankın sədri Elman Rüstəmov AzTV-nin efirindən dedilər ki, bizdə devalvasiya heç üfüqdə də görünmür, manat dünyanın ən sabit valyutasıdır, xarici şirkətlər gətirib öz valyutalarını manatda saxlasınlar. Bu bəyanatlardan sonra 2 dəfə devalvasiya baş verir və devalvasiyaların yükünü mindirirlər millətin belinə.
Ukraynada, Rusiyada, Qazaxıstanda da devalvasiya baş verir, amma millət bir qəpik ziyan çəkmir, bizdə isə banklar insanların evlərini, obyektlərini hərraca çıxarıb alırlar əllərindən İnsanlarımız özlərini yandırsa belə bir tədbir görən yoxdur.
Ay banklar, əgər sizin bir fırıldağınız yox idisə, niyə öz milli valyutamızı qoyub dollarla verirdiniz? Deməli, bilirdiniz ki, devalvasiya olacaq.
Ay Konstitusiya Məhkəməsi, siz niyə absurd qərar çıxardınız ki, guya 2 dəfə baş verən devalvasiya şəraitin dəyişməsi deyil, bəs nədir axı??!! Manatın 200 % "ölməsi" bəyəm şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deyilmi?!
İnsanlarımızı narahat edən məsələlərdən bir az qeyd elədim. Ardı gələn dəfə. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye