Azərbaycan İdeyası

Miribiş ağanın nəvəsi: "O papağın 80 yaşı var, qaloş deyilməsi xətrimizə dəyir"

Tarix:11-06-2019, 13:40
Baxış Sayı:196



Sosial şəbəkələrdə paylaşılan "Qaloş piri" ilə bağlı görüntülər seyid Miribiş ağanın nəvələrinin hiddətinə səbəb olub.

Onun nəvələrindən biri - İsmayıl Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, babalarının papağının qaloş kimi təqdim olunması xoşlarına gəlmir.
İ.Məmmədovun sözlərinə görə, Goranboyun Qurbanzadə kəndinin sakini olmuş Miribiş ağa 1972-ci ildə vəfat edib.
Hər il seyidin vəfatı günü, yəni iyunun 8-də onun evində ehsan verilir. Sosial şəbəkələrdə paylaşılan görüntülər də həmin gün çəkilib. İnsanların inancına görə, əməlisaleh seyidin əşyalarına toxunmaq sağlamlıqla bağlı bir çox müşkülləri aradan qaldırır. Həmin mərasimdə isə niyyəti olanlar Miribiş ağanın papağına toxunurmuşlar.
"Azərbaycanda bu qədər seyid ocaqları, ziyarətgahlar var. Hamı ziyarət edir, oradan nicat tapır. Atamızın, babamızın papağına qaloş deyilməsi bizə çox pis təsir edir. Bu papağın 80 yaşı var. Həmin gün papağı mühafizə etmək üçün sellofana qoymuşduq ki, insanlar hər dəfə əlini çəkəndə xarab olmasın. Bizi tənqid və təhqir edənlər əvvəlcə gəlib bizi tanısınlar, dönüb özlərinə baxsınlar ki, kimdirlər, sonra belə danışsınlar", - deyə İ.Məmmədov əlavə edib.
Qeyd edib ki, evdə Miribiş ağanın əşyaları olduğu kimi qorunur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye