Azərbaycan İdeyası

İcra hakimiyyətinə görə özünü öldürmək istədi - VİDEO

Tarix:14-07-2016, 10:43
Baxış Sayı:469

İcra hakimiyyətinə görə özünü öldürmək istədi - VİDEO
Abşeron rayonunun Masazır qəsəbəsində intihara cəhd olub. Criminal.az saytı ANS TV-yə istinadən xəbər verir ki, qəsəbənin Zəngilan şəhərciyində yaşayan Mahir Məmmədov Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşlarının ona qarşı kobudluq etməsini əsas gətirərək bu əmələ əl atıb.

Mahir Məmmədov üzərinə yanacaq tökərək şəhərciyin hasarının üzərinə çıxıb, intihar edəcəyini bildirib. Onun iddiasına görə, rayon icra hakimiyyətinin bir qrup əməkdaşı yenicə tikdirdiyi iaşə obyektinin hasarlarını söküb.

Mahirin deməsinə görə, söküntü zamanı qurumun əməkdaşları ilə əlbəyaxa mübahisə də yaranıb. Mahir Məmmədov hasarı sökülən obyektin bütün sənədlərinin qaydasında olduğunu dedi.

Abşeron Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev bildirdi ki, onun iaşə obyektinin tikilməsi üçün lazım olan müvafiq sənədləri qaydasında deyil. Bundan başqa Akif Əliyev onu da əlavə etdi ki, Mahir Məmmədova müvafiq sənədləri almaq üçün 1 ay müddət veriləcək. O, yalnız çıxarış aldığı təqdirdə, iaşə obyektinin inşasına davam edə biləcək.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO