Azərbaycan İdeyası

İcra başçısında şok qərar: Hər sahibkar 50 min manat “şapka” verməlidir

Tarix:4-02-2016, 10:55
Baxış Sayı:403

İcra başçısında şok qərar: Hər sahibkar 50 min manat “şapka” verməlidir



"Korrupsiya və Qanun" saytı sonolay.az-a istinadən xəbər verir ki, sahibkarlar Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin qanunsuz əməllərinin əlindən boğaza yığıldıqlarını bildirirər.
Bir qrup sahibkar Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Məktubun bir surətini də bütün müvafiq dövlət və hökumət qurumlarına ünvanlayan şikayətçilər bildirir ki, M. Quliyev RİH başçısı təyin olunduğu gündən bu günə qədər özünü rayonun sahibi, ağası kimi aparır və onları bilərəkdən müflis etməyə çalışır. Doğrudanda belə davam etsə, icra başçısı M. Quliyev rayon camaatı ilə hakimiyyət arasında uçrum yaradacaq. Biləsuvarda vəziyyətin belə davam etməsi ökədə hər an baş qaldıracaq etirazlara və mitinqlərə zəmin yaradır.
Rayondan Sonolay.org-a verilən məlumatlarda o da bildirilir ki, ölkə başçısı Biləsuvar rayonuna kifayət qədər böyük məbləğdə dövlət vəsaiti ayırsa da, rayonda ciddi heç bir iş görülmür. Buna görə də, əhali icra hakimiyyətinin fəaliyyətindən haqlı olaraq narazılıq edirlər. Sanki Mahir Quliyevi bu rayona çapıb-talamaq üçün göndəriblər, birdə ki, özünü varidat toplamaq üçün. Bu rayonunda hər gün demək olar ki, vətəndaşların hüquqları pozulur, onlar təhqir olunurlar.
Mənbənin dedikləri: “Mahir Quliyev Biləsuvar rayonuna icra başçısı təyin olunduğu ilk günlərdə bizləri yanına çağıraraq aylıq haqq qoydu. Onun tələbi belə idi ki, ona ayda hər sahibkar 2 min manat verməlidir. Bundan imtina etdik. Ondan sonra problemlərimiz başladı. Bununla bağlı hüquq-mühafizə orqanlarına və hökumət qurumlarına dəfələrlə müraciət etsək də bizə ağıllı olmağımız məsləhət görüldü. Şikyət etdiyimiz vəzifə sahibləri, icra başçısının arxasında dayanan güclü adamlarından qorxduğu üçün heç bir tədbir görə bilmədilər. Bundan başqa ötən ilin sonunda isə icra başçısı, tikiləcək bir neçə obyekt üçün 50 min manat “şapka” istəməsi bizə ağır zərbə vurdu. İcra başçısını adamlarına narazı olduğumuzu bildirdik. Amma çox keçmədi tikliyə başladığmız yerə buldozer göndərildi və obyekti sökməyə başladılar” deyən kişik sahibkarlar həmi əraziyə qanunun tələb etdiyi sənədlərin olduğunuda bildirir. Amma nə çarə “OFİSİANT” icra başçısı istədiyi hökümü verərək, polisə , prokurora, məhkəməyədə təzyiq edərək qanunları əngəlləyir. Bildirək ki, İndi çarəsiz durumda olan sahibkar haqqın bərqərar olması üçün dövlət başçısından kömək istəyirlər.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək - DİM
Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək - DİM
“Aztelekom” yenidən təşkil edilib
“Aztelekom” yenidən təşkil edilib
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
40 gündür axtarılan Aytacın meyiti tapıldı
40 gündür axtarılan Aytacın meyiti tapıldı
İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO
İlham Əliyev PKK-nın özünü ləğv etməsinə görə Ərdoğanı TƏBRİK ETDİ - FOTO
PKK-nın başqa şansı qalmamışdı: heç bir şərt, güzəşt ola bilməz, ancaq...
PKK-nın başqa şansı qalmamışdı: heç bir şərt, güzəşt ola bilməz, ancaq...
2025-ci ilin yanvar-mart aylarında Goranboy rayonunda Əmtəə bazarının göstəriciləri
2025-ci ilin yanvar-mart aylarında Goranboy rayonunda Əmtəə bazarının göstəriciləri
PKK özünü ləğv etdi
PKK özünü ləğv etdi