Azərbaycan İdeyası

Zabit camaatı söydü, Xaçmaz qarışdı

Tarix:19-07-2016, 13:13
Baxış Sayı:315

Zabit camaatı söydü, Xaçmaz qarışdı
Azərbaycanın şimal bölgəsində təhlükəli gərginlik yarandıDaha bir rayonda söyüşə görə əhali ayağa qalxdı; yolda qəza törədən Dövlət Sərhəd Xidmətinin zabiti sonra dava saldı və xudatlıları söydü; Xaçmazda etiraz mitinqi oldu

Mayın 9-da ölkənin daha bir rayonunda yerli əhalinin ünvanına işlədilən söyüş kütləvi xalq etirazına səbəb olub. Xaçmaz rayonunun Xudat qəsəbəsi ərazisində baş vermiş yol qəzası zamanı Dövlət Sərhəd Xidmətinin zabiti dava salıb və yerli əhalinin ünvanına söyüşlər işlədib. Qəzəblənmiş sakinlər isə etiraz olaraq Xaçmaz şəhərinin mərkəzinə toplaşaraq mitinqə başlayıblar. Musavat.com xəbər verib ki, insident barədə məlumatı əvvəlcə özünün facebook səhifəsində Müsavat Partiyasının Xaçmaz təşkilatının sədri Heybət Əmrah paylaşıb.
Onun yazdığına görə, Dövlət Sərhəd Xidmətinə aid hərbi hissənin Rövşən adlı komandiri Xudat yolunda avtoqəza törədib. Səbəbkarın özünün olmasına baxmayaraq, hərbçı maşından düşərək nalayiq ifadələr işlədib. Qəza iştirakçısı olan digər avtomobildə qadın və uşaqların olması da onu sakitləşdirməyib. Ətrafdakılar hərbçinin hərəkətlərinə etiraz etdikdə o, təhqiramiz ifadələri Xudat əhalisinə şamil edib. Bu isə emosiyaları daha da qızışdırıb və əhali baş verənlərə etiraz olaraq Xudatın mərkəzinə axışıb.
***
Müsavat Partiyasının Xaçmaz təşkilatından verilən məlumata görə, 4 saata yaxın davam edən aksiya artıq başa çatıb. Narazı sakinləri Xudat polis şöbəsinin rəisi Elçin Rəcəbov sakitləşdirib. O, aksiya iştirakçılarına söz verib ki, günahkarlar cəzalandırılacaq. Aksiya iştirakçıları bu vəddən sonra dağılışıblar. Bu arada isə Dövlət Sərhəd Xidmətinin Xudat hissəsində kazarma vəziyyəti elan edilib. Hərbi hissə rəhbərliyi hadisəni sərxoş komandirin yox, hansısa gizirin törətdiyini bildirir və əsl səbəbkarı gizlətməyə çalışır.
Rayon sakinlərindən birinin “Azadlıq”a verdiyi məlumata görə, əhali baş verənlərə etiraz olaraq rayon polis idarəsinin və MTN-in yerli şöbəsinin binaları qarşısına yığışıb. Komandir polis bölməsinə çağırılsa da, getməyib. Əhali arasında qəza zamanı komandirin sərxoş olduğu söz-söhbəti yayılıb. Sakinlər məsuliyyətin başqasının üzərinə atıla biləcəyindən də narahatdır.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev isə ANS PRESS-ə açıqlamasında bildirib ki, Xudat şəhərində etiraz aksiyasının keçirilməsi ilə bağlı yayılan informasiyalar həqiqətə uyğun deyil: “Xudatda baş verən hadisə iki maşının toqquşmasından və sürücülər arasında yaranmış mübahisədən irəli gəlib. Bu, adi yol qəzası olub və sürücülər arasında anlaşılmazlıq yaranıb. Dövlət Sərhd Xidmətinin Xudat dəstəsinin rəisi ilə bağlı yayılan məlumatlar da doğru deyil. İki maşın toqquşub və sonda bir-biri ilə dil taparaq ayrılıblar”.
İcra başçısı bildirib ki, sadəcə qəzanın baş verdiyi yerdə çoxlu sayda adam olub: “Bu məsələ müəyyən qüvvələr tərəfindən süni şəkildə şişirdilir”.
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat polis bölməsinin rəisi Elçin Rəcəbov isə APA-ya bu gün Xudat şəhərində yol-nəqliyyat hadisəsinin baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, qəzadan sonra sürücülər arasından mübahisə yaranıb: “Polis bölməsinə müraciət olunub və hadisə sənədləşdirilib”. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bölmə rəisi deyib ki, bəzi mətbuat orqanlarının Xudat şəhərində aksiya keçirilməsi ilə bağlı yaydıqları informasiya doğru deyil.
Lakin yerdəki müstəqil mənbələr hadisənin baş verməsi barədə məlumatı təsdiqləyiblər.
***
Bu, son bir ildə regionlarda yerli əhalinin ünvanına işlədilən təhqirlərə qarşı baş vermiş üçüncü etirazdır. 2012-ci il martın 1-də Quba sakinləri rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun internetdə yayılmış videokadrlarda rayon əhalisini təhqir edən sözlərindən qəzəblənərək kütləvi etiraza qalxıb. Etirazlar bütün gün boyu davam edib və qəzəblənmiş əhali icra başçısının mülklərinə od vurub. Rayona Daxili Qoşun hissələri yeridilib. Bu etirazlar R.Həbibovun işdən azad edilməsi və aksiya iştirakçılarından bir qrupunun həbsi ilə nəticələnib.
Söyüşə görə növbəti xalq üsyanı bu il yanvarın 23-də İsmayıllıda baş verib. Həmin gün rayon icra hakimiyyətinin yaxınlarına məxsus bir neçə gəncin hərəkət etdiyi avtomobil yerli sakinə məxsus “Jiquli”ni vurub. Qəzaya məmur uşaqları səbəb olsa da, onlar maşından düşərək həmin “Jiquli”nin sahibini döyüblər, davanı sakitləşdirmək istəyən yerli sakinlərin ünvanına söyüş söyüblər və daha sonra bu söyüşləri bütün rayon sakinlərinə yönəldiblər. Qəzəblənmiş əhali üsyana qalxaraq icra başçısının qardaşı oğluna məxsus otelə, avtomobillərə od vurub, iki gün ərzində rayonda etirazlar səngiməyib. Bu hadisə də rayon icra hakimiyyəti başçısının işdən azad edilməsi, eyni zamanda bir qrup sakinin həbsi ilə nəticələndi.
Nəhayət, analoji insident mayın 10-da Xaçmazda baş verir. Bu dəfə etirazlar dinc məcrada keçsə də məsələ kifayət qədər ciddidir və bir daha regionlarda əhalinin onları əzən oliqarxlara qarşı qəzəbinin nə dərəcədə yüksək olduğunu göstərir. Digər tərəfdən, təhlükəli insident Azərbaycanın Rusiya ilə sərhəd şimal bölgəsində baş verir. Hansı ki, Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq üçün etnik amillərdən istifadə edə biləcəyi barədə bəzi əlamətlər və xəbərlər var.
Rayon icra hakimiyyətinin məsələni gizlətməyə çalışmasına baxmayaraq, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev hadisəni yerində araşdırmaq üçün Xudatda olub. Bu məlumatı “Azadlıq” radiosu yayıb. Görünür, oradakı vəziyyətin ciddiliyi hökuməti ciddi narahat etdiyi üçün SQ-nin komandanı şəxsən özü ora yollanıb. General rayonun icra başçısı Şəmsəddin Xanbabayevlə birlikdə əhali ilə görüşlər keçirib.
***
Qəzetimiz çapa gedən ərəfədə aldığımız məlumatlara görə, Xudatda vəziyyət gecə saatlarında gərginləşib. Əhali Sərhəd Qoşunlarının Xudat ərazisində yerləşən zastavasının qarşısına toplanmağa başlayıb. Polislər ora toplaşan adamları dağıtmağa çalışsalar da, camaat dirəniş göstərib və xaçmazlıları söyən zabitin onların qabağına çıxmasını, söyüşə görə cavab verməsini tələb edir. SQ komandanı E.Quliyevin bölgəyə səfəri və əhalini sakitliyə çağırması da bir nəticə verməyib. Sərhəd Qoşunları kazarma rejiminə keçib, E.Quliyev də zastavadadır.
Gecə saat 23 radələrində isə polis əhalini zastavanın qarşısından sıxışdırıb, əhali Xudat Mədəniyyət Evinin qarşısındakı parka keçərək, orada “İstefa” şüarları səsləndirməyə başlayıblar. Gecə olmasına baxmayaraq, aksiyaya qoşulanların sayı artıb. Bundan sonra əraziyə əlavə qüvvələrin cəlb edilməsinə başlanılıb, mənbəmiz qarşıdurma yarana biləcəyini istisna etməyib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO