Azərbaycan İdeyası

İcra başçısı Yaşar Məmmədovdur, yoxsa Yusif Abidov? - Qubada iki hakimiyyətlilik

Tarix:19-07-2016, 13:14
Baxış Sayı:419

İcra başçısı Yaşar Məmmədovdur, yoxsa Yusif Abidov? - Qubada iki hakimiyyətlilik
İcra başçısının birinci müavini əsas səlahiyyətləri öz əlində saxlayır Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısının birinci müavini Yusif Abidovla bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən şəxsin gundelik-baku.com-a verdiyi məlumatda bildirilir ki, yerli idarə və müəssisələrin rəhbər işçiləri icra başçısı Yaşar Məmmədovdan daha çox Yusif Abidovdan çəkinirlər: «Rayon icra hakimiyyətinə Yaşar müəllim rəhbərlik etsə də, əsas söz sahibi onun birinci müavinidir.

Yusif Abidov bundan əvvəl rayonun təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. O şöbə müdiri işlədiyi müddətdə bir çox qanunsuz iş görüb ki, nəticədə özünə külli miqdarda vəsait toplamağı bacarıb. Qubanın mərkəzindəki ticarət obyektlərinin bir neçəsi ona məxsusdur. Həmçinin icra başçısının birinci müavini rayonun turizm üçün əlverişli olan bölgələrində böyük istirahət mərkəzləri tikdirib. Qubada fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilatların rəhbərləri hər ay icra başçısının müavinini «ziyarət» edirlər. Yerli məmurlar başçıdan daha çox ondan ehtiyat edirlər».
Məlumatlı mənbənin sözlərinə görə, Yaşar Məmmədovun birinci müavini ötən ayın 30-də YAP-ın Quba rayon təşkilatının sədri seçilib. Bildirilir ki, Yusif Abidov bu münasibətlə rayondakı bütün məmurları onu «təbrik» etməyə məcbur edib: «Əlacsız qalan yerli idarə və müəssisələrin rəhbərləri icra hakiminin birinci müavinini YAP-ın rayon təşkilatının sədri seçilməsi münasibətilə necə lazımdırsa «təbrik» ediblər. Bu şəxs icra başçısının birinci müavini təyin olunandan sonra Qubada gərginlik daha da artıb.
Rayon camaatı onun fəaliyyətindən qətiyyən razı deyilllər. İstər rayonun mərkəzində, istərsə də kəndlərdə aparılan tikinti işlərinə birbaşa bu şəxs nəzarət edir. Onun «xeyir-duası» olmasa, Qubada heç kim daşı daş üstə qoya bilməz. Bundan başqa, rayonda fəaliyyət göstərən turizm obyektlərinin sahibləri fəsildən asılı olmayaraq məmura «aylıq» verirlər. Yusif müəllim özünə yaxın adamları ayrı-ayrı vəzifələrə yerləşdirməklə rayondakı mövqelərini daha da möhkəmləndirib». Növbəti yazımızda Yusif Abidovun bahalı mülkləri, avtomobilləri haqda məlumat verəcək, aylıq aldığı idarə müdirlərinin adlarını açıqlayacağıq. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı