Azərbaycan İdeyası

Polis kimi həbs etdi, amma cinayətkar imiş... - Novxanıda keçmiş ''zek''lər qandallandı

Tarix:29-07-2016, 21:29
Baxış Sayı:403

Polis kimi həbs etdi, amma cinayətkar imiş... - Novxanıda keçmiş ''zek''lər qandallandı
Azərbaycanda özlərini polis kimi təqdim edərək vətəndaşı girov saxlayan şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Criminal.az-a verilən məlumata görə, Novxanı kənd sakini Əli İsmayılov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək iyulun 24-də saat 03 radələrində Novxanı qəsəbəsində gözətçi işlədiyi evə gələn, özünü Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs gəldiyini bildirib.

Ə.İsmayılov qeyd edib ki, həmin adam Səid adlı şəxsin onun barəsində şikayət ərizəsi olduğunu bildirib və qəsəbənin ərazisindəki evlərdən birinə apararaq orada 1 gün saxlayıb və hədə-qorxu gəlib 5000 manat pul istəyib. Lakin 3000 manat aldıqdan sonra buraxıb. Sonradan həmin adam telefonuna zəng edib əlavə 2000 manat pul tələb etməsini bildirib.

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar-Tural Səfərov, Atakişi Şahmarov və Seymur Qurbanov tutulublar. T.Səfərovdan 5,58 qram, S.Qurbanovdan isə 5,79 qram marixuana götürülüb.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ