Azərbaycan İdeyası

Dostlarını da yığıb işlədiyi idarədən oğurluq etdi - Video

Tarix:24-08-2016, 10:39
Baxış Sayı:387

Dövlət idarəsinə məxsus anbar qarət edilib. Criminal.az saytı xezerxeber-ə istinadən xəbər verir ki, hadisə Abşeronda, Xırdalan şəhərində baş verib. Rayon polis idarəsinə məlumat daxil olub ki, Abşeron rayon icra Hakimiyyətinin nəzdində olan İxtisaslaşdırılmış Təmir Abadlıq İdarəsinə məxsus anbar qarət edilib.

Anbardan 33 ədəd emulsiya, xeyli boya, 10 ədəd yapışqan, fırça və digər ləvazimatlar oğurlanmaqla dövlət əmlakına 2 min manata yaxın ziyan vurulub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi elə həmin idarədə fəhlə işləyən Sumqayıt sakini Tural Hüseynovu saxlayıb.

Dindirmə zamanı Tural əməlini etiraf edib. Amma o, bu işdə tək olmadığını deyib. Polis Tural Hüseynovla anbarın qapısını qırıb oğurluq edən Sumqayıt sakinləri - Qadir Əliyev, Vaqif Alıyev və Qorxmaz Həsənovu da saxlayaraq istintaqa cəlb edib.

Dindirmə zamanı dəstənin digər üzvləri də oğurluq planının Tural Həsənov tərəfindən hazırlandığını dedilər. Qeyd edək ki, saxlanılanlardan Qadir Əliyev əvvəllər də eyni əməlinə görə məhkum olunub.

Faktla bağlı saxlanılan şəxslər barəsində rayon polis idarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO