Azərbaycan İdeyası

At kəsib satan yenə də “iş” üstündə tutuldu - Fotolar

Tarix:3-04-2017, 12:34
Baxış Sayı:555

  At kəsib satan yenə də “iş” üstündə tutuldu - Fotolar

Xəbər verdiyimiz kimi, martın 30-da, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Cəlilabad rayonu, Maşlıq kəndinin ərazisində Saqif Abbasov köhnə quşçuluq fermasında 32 (otuz iki) baş müxtəlif yaş qrupundan olan atın kəsilməsi halını aşkar etmişdilər. Bu əməlin aşkar olunub müvafiq tədbir görülməsinə baxmayaraq, həmin şəxs 3 gün sonra eyni əməli yenidən təkrarlayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) daxil olan xəbərə görə, aprelin 1-i axşam saatlarında qurumun Cəlilabad Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları yenidən Saqif Abbasov məxsus köhnə quşçuluq fermasına baxış keçiriblər. Baxış zamanı təsərrüfat sahibinin digər bir neçə şəxslə əlbir olaraq yenidən at kəsimi ilə məşğul olduğu aşkarlanıb.
Saqif Abbasov və əlbir olduğu şəxslər baytarlıq idarəsinin və polis əməkdaşlarının fermaya gəldiyini görərək oradan qaçıblar. Məlum olub ki, S. Abbasova məxsus 32 baş atdan 4-ü antisanitar şəraitdə kəsilərək satışa hazırlanıb.
Fermada kəsilmiş atlardan 1 başının cəmdəyi bütöv halda, şaqqalara bölünmək üçün taladan asılmış, digər 3 baş at cəmdəyi 15 şaqqalara bölünmüş və qarmaqlardan asılmış vəziyyətdə, satış məqsədi ilə hazırlanaraq polietilen vannalara yığılmış sümükdən ayrılmış 76 kq at əti aşkarlanıb. Həmçinin orada kəsilmiş atların 4 ədəd baş-ayağı və daxili orqanları aşkar olunub.
Aşkar edilmiş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Fermada aşkar edilən ümumi çəkisi 600 kq olan at ətləri Cəlilabad Rayon Baytarlıq İdarəsinin saxlama kamerasına yerləşdirilib.
Fermada qalan 28 baş at isə Cəlilabad Rayon Polis Şöbəsində istintaq araşdırmaları başa çatana kimi ferma sahibi (polis əməkdaşları tərəfindən tapılıb gətirilən) Saqif Abbasova təhvil verilib.
Abbasov Saqif Tərlan oğluna məxsus köhnə quşçuluq fermasında aşkar edilən kəsilmiş at cəmdəklərindən, sümükdən ayrılmış ətlərdən və atların daxili orqanlarından götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.

  At kəsib satan yenə də “iş” üstündə tutuldu - Fotolar
  At kəsib satan yenə də “iş” üstündə tutuldu - Fotolar
  At kəsib satan yenə də “iş” üstündə tutuldu - Fotolar
  At kəsib satan yenə də “iş” üstündə tutuldu - Fotolar
  At kəsib satan yenə də “iş” üstündə tutuldu - Fotolar [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye