Azərbaycan İdeyası

Dostu ilə əlbir olub narkotik əkən şəxs 1,4 kq marixuana ilə tutuldu - VİDEO+FOTO

Tarix:26-08-2016, 12:07
Baxış Sayı:344

Dostu ilə əlbir olub narkotik əkən şəxs 1,4 kq marixuana ilə tutuldu - VİDEO+FOTO
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Şamil Muradxan oğlu və Kərgəlan kənd sakini, 31 yaşlı Abbasov Siyavuş Zakir oğlu saxlanılıb.

CTV (Region TV) xəbər verir ki, əməliyyat tədbirləri zamanı Siyavuş Abbasovun idarə etdiyi “VAZ – 21 07” markalı avtomaşına baxış keçirərkən oradan selofan torbaya bükülmüş 40 ədəd kibrit qutusunun içərisində 150 qram narkotik vasitə olan marixuana aşkar edilib Siyavuş Abbasovun yaşadığı Kərgəlan kəndindəki evinə baxış zamanı isə daha 1 kiloqram 260 qram marixuana aşkarlanaraq, maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, aşkar edilən, ümumi çəkisi 1kiloqram 400 qramdan çox olan marixuananı Siyavuş Abbasov əvvəlcədən əlbir olaraq Şamil Əliyevin yaşadığı Lərgəlan kəndindəki həyətyanı sahəsində əkib-becəriblər. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı