Azərbaycan İdeyası

İcra başçısı ağır qəzaya düşdü - FOTO

Tarix:3-04-2017, 12:56
Baxış Sayı:750

 İcra başçısı ağır qəzaya düşdü - FOTO

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov avtoqəzaya düşüb.
Başçının olduğu avtomobildə özündən başqa 2 oğlu da olub. Sükan arxasında isə sürücü deyil, icra başçısının köməkçisi olub.
Xəbərdə deyilir ki, qəza martın 25-də, Şəmkir Su-Elekrik Stansiyasından rayon mərkəzinə gedən yolun Yeniabad kəndi ərazisindən keçən hissəsində, günorta 2-3-də radələrində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, başçının köməkçisi Mahir Əliyevin idarə etdiyi Az 57 AA 001 dövlət nömrə nişanlı, qara rəngli “Tayota Land Cruiser” markalı avtomobil qəfil və yüksək sürətlə qarşı yola çıxıb. Həmin vaxt qarşı yolda Mingəçevirin Əzizbəyov küçəsi 12 ünvanında qeydiyyatda olan 1947-ci il təvəllüdlü Həsən Əvkər oğlu Hüseynov özünə məxsus “Qaz - 31" markalı avtomobillə hərəkətdə imiş. H.Hüseynovun sükan arxasında professional davranışı dəhşətli qəzanın ölümsüz sonuclanmasına səbəb olsa da, onun özü ağır bədən xəsarətləri alıb. Dəhşətli toqquşma anında başçının olduğu maşında təhlükəsilzik yastıqları açıldığından A.Məmmədov, 2 övladı və köməkçisi yüngül əzilmələrlə canlarını qurtarıblar. İcra başçısı ağır qəzaya düşdü - FOTO [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO