Azərbaycan İdeyası

İki yük maşını toqquşdu - Sürücü ağır yaralandı

Tarix:10-06-2016, 19:32
Baxış Sayı:642

İki yük maşını toqquşdu - Sürücü ağır yaralandı
Qaxda iki yük maşını toqquşub.

Femida.az -ın "Report"-a istinadən verdiyi xəbərə görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralının 96 kilometrliyində, Qax rayonunun Qorağan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan Türkiyə vətəndaşı, 1965-ci il təvəllüdlü Məhəmməd Kaynarın idarə etdiyi 53-K-40-60 dövlət qeydiyyatı nömrə nişanlı "MAN" markalı yük avtomobili onunla eyni istiqamətində hərəkətdə olan 1975-ci il təvəllüdlü Kaya Çalışkanın idarə etdiyi 76-DS-713 dövlət qeydiyyatı nömrə nişanlı "Mercedes" markalı yük avtomobilini arxadan vurub. Nəticədə M.Kaynar aldığı müxtəlif növ bədən xəsəratləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qarın boşluğunda qanaxma olan sürücü dərhal əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

"Mercedes"in sürücüsü Kaya Çalışkan Türkiyədən gəldiklərini və 4-5 yük maşını olduqlarını bildirib. O, qəzaya səbəb kimi M.Kaynarın sükan arxasında yuxulu olmasını göstərib.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı