Azərbaycan İdeyası

Qubada məktəb direktorunun evi yandırılıb – FOTO

Tarix:6-04-2017, 15:21
Baxış Sayı:671

 Qubada məktəb direktorunun evi yandırılıb – FOTO

Quba rayonunda məktəb direktorunun evi yandırılıb.
Korrupsiya və Qanun saytı Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qırız Dəhnə kəndində baş verib.
Belə ki, həmin kəndin orta məktəbinin direktoru Xəlil Sərkərova məxsus ikimərtəbəli, 6 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba rayon Yanğından Mühafizə Xidmətinin iki yanğın söndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülsə də, ev sıradan çıxıb.
İlkin ehtimala görə, ev elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yanıb.
Ev sahibi isə hadisənin qəsdən törədildiyini iddia edir. O, bu fikrini evdən çıxarkən bütün işıq və qaz naqillərini cərəyandan ayırması ilə əsaslandırıb. Yanğın zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.
Hadisə yerinə gələn Quba rayon Polis Şöbəsinin əməkdaşları da evin qəsdən yandırılması ehtimalını bildiriblər.
Yanğının səbəbi araşdırılır. Qubada məktəb direktorunun evi yandırılıb – FOTO
 Qubada məktəb direktorunun evi yandırılıb – FOTO
 Qubada məktəb direktorunun evi yandırılıb – FOTO
 Qubada məktəb direktorunun evi yandırılıb – FOTO
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ərazi və əhali
Ərazi və əhali
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Pərakəndə ticarət dövriyyəsinin həcmi
Rabitə
Rabitə
Nəqliyyat
Nəqliyyat
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Güclü külək Sumqayıtda işıq dirəklərini aşırıb - FOTO
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
Xəzərdə dalğanın hündürlüyü dörd metrə çatıb - FAKTİKİ HAVA
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb