Azərbaycan İdeyası

20 Yan­var­da oğur­luq - Po­lis oğ­ru­nu əl iz­lə­rin­dən "ta­nı­dı"...

Tarix:12-07-2017, 15:21
Baxış Sayı:385


  20 Yan­var­da oğur­luq - Po­lis oğ­ru­nu əl iz­lə­rin­dən "ta­nı­dı"...


Ba­kı­nın 20 Yan­var kü­çə­sin­də­ki mən­zil­lər­dən bi­rin­dən oğur­luq edil­mə­si ba­rə­də DİN-in "102 Zəng Mər­kə­zi"nə mü­ra­ci­ət da­xil olub. Ev sa­hi­bə­si mən­zi­lin­dən pul və qı­zıl-zi­nət əş­ya­la­rı­nın oğur­lan­dı­ğı­nı bil­di­rib.
Mə­lu­mat­la əla­qə­dar əra­zi ai­diy­yə­ti üz­rə Nə­si­mi Ra­yon Po­lis İda­rə­si­nin 19-cu Po­lis Böl­mə­si­nin əmək­daş­la­rın­dan və kri­mi­na­list­lər­dən iba­rət əmə­liy­yat qru­pu ha­di­sə ye­rin­də ola­raq mü­va­fiq araş­dır­ma­lar apa­rıb.
Kri­mi­na­list­lər mən­zi­li müa­yi­nə edib, əl-bar­maq iz­lə­ri gö­tü­rü­lüb, di­gər əmə­liy­yat təd­bir­lə­ri hə­ya­ta ke­çi­ri­lib.
Ha­di­sə ye­rin­dən gö­tü­rül­müş iz­lə­rin mü­va­fiq qay­da­da eks­per­ti­za­sı onun əv­vəl­lər məh­kum olun­muş Hü­seyn Qu­li­ye­vin əl-bar­maq iz­lə­ri ilə ey­niy­yət təş­kil et­mə­si ba­rə­də rəy ve­rib. Əmə­liy­yat-ax­ta­rış təd­bir­lə­ri ilə Ab­şe­ron ra­yon sa­ki­ni, əv­vəl­lər məh­kum olun­muş Hü­seyn Qu­li­ye­vin ye­ri mü­əy­yən­ləş­di­ri­lib. O, iyu­lun 6-da şüb­hə­li şəxs qis­min­də sax­la­na­raq 19-cu Po­lis Böl­mə­si­nə gə­ti­ri­lib.
Ət­ra­fın­da apa­rı­lan təd­bir­lər­lə və əsas­lı də­lil­lər qar­şı­sın­da o, tö­rət­di­yi əmə­li eti­raf edib. Bil­di­rib ki, hə­min mən­zi­lə pən­cə­rə­dən gir­mək yo­lu ilə da­xil ola­raq ora­dan 450 ma­nat, 3100 ABŞ dol­la­rı və qı­zıl zi­nət əş­ya­la­rı oğur­la­yıb.
Fakt­la əla­qə­dar ci­na­yət işi baş­la­nıb. İs­tin­taq-əmə­liy­yat təd­bir­lə­ri da­vam et­di­ri­lir.
Na­tiq CA­VA­DOV
DİN mət­bu­at xid­mə­ti­nin əmək­da­şı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO