Azərbaycan İdeyası

Gəncədə dəhşətli hadisədə ölən tələbələrlə bağlı YENİ XƏBƏR - FOTOLAR (YENİLƏNDİ)

Tarix:29-10-2019, 15:08
Baxış Sayı:104


Ötən gecə Gəncə şəhər Nizami rayonu ərazisində baş verən dəhşətli yol qəzasında vəfat edən Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin tələbələri Məmmədov Eldar Kərim oğlu və Bayramlı İkram Arif oğlunun cənazəsi ailələrinə təhvil verilib.
Korupsiya-q.az xəbər verir ki, E.Məmmədovun cənazəsi doğulduğu Saatlı ayonuna, İ.Bayramlının nəşi isə Tərtərə aparılıb. Onlar bu gün dəfn ediləcəklər.
Hadisənin hansı şəraitdə baş verməsinə gəlincə, ilkin araşdırmalar zamanı qəzanın yüksək sürət səbəbindən baş verdiyi məlum olub. Belə ki, gecə saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobil sürətlə idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

*****

10:15

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə xəbər vermişdik.
Korrupsiya-q.az xəbər verir ki, dəhşətli qəzada ölən gənclərin universitet tələbəsi olması məlum olub.
Belə ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov hadisə barədə məlumat verib. O bildirib ki, ötən gecə Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə 2 nəfər III kurs tələbələri-Məmmədov Eldar Kərim oğlu, Bayramlı İkram Arif oğlu ağır yol qəzasında dünyalarını dəyişmişlər: "Nəinki universitetimiz, eləcə də hər birimiz üçün ağır itkidir, onların valideynlərinə, yaxınlarına, qrup yoldaşlarına, bütün tələbələrimizə, professor-müəllim heyətinə, bütövlükdə dəyərli Azərbaycan gəncliyinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun".

Qeyd edək ki, hadisə zamanı daha bir nəfər xəsarət alıb.

Rektor professor İbrahim Cəfərovun paylaşdığı fotonu təqdim edirik:

*****

08:45

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Priora" markalı avtomobil öncə "VAZ" markalı avtomobillə toqquşub, sonra yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 2000-ci il təvəllüdlü Eldar Kərim oğlu Məmmədli və onun həm yaşıdı İkram Arif oğlu Bayramlı ölüb.

Hadisə zamanı daha bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır (Report). [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye