Azərbaycan İdeyası

Kənd Təsərrüfatı Nazirliyindən açıqlama: “Bahalaşma olmayacaq”

Tarix:15-06-2016, 19:37
Baxış Sayı:492

 Kənd Təsərrüfatı Nazirliyindən açıqlama: “Bahalaşma olmayacaq”
“Kənd təsərrüfatına dəymiş ziyan o qədər də böyük deyil. Bu səbəbdən bahalaşma ilə bağlı verilən proqnozlar özünü doğrultmayacaq. Bahalaşma olmayacaq. Əksinə, bir neçə günə bazarda məhsul bolluğu bir az da artacaq”.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev musavat.com-a açıqlamasında bildirib.

Nazirlik sözçüsü bildirib ki, şəxsən regionlardakı vəziyyəti müşahidə edib və fermer təsərrüfatlarına elə də ciddi ziyan dəymədiyinin şahidi olub: “İndi mən İmişli rayonundayam. Buradan Beyləqana gedirəm, vəziyyəti birbaşa müşahidə edirəm. Yağıntılar müəyyən qədər kənd təsərrüfatına ziyan vurub, meyvə sahələrinə təsir göstərib. Ancaq bunun istehsala elə bir ciddi təsiri olmayacaq. Çünki yağıntılar lokal şəkildə düşüb, kütləvi olmayıb. Əsasən taxılçılığa təsir edib. Nəzərə alsaq ki, indi taxılın biçim vaxtıdır. 15 gündən artıqdır ki, taxıl biçilir. Güclü yağış düşən yerlərdə taxıl zəmiləri yatıb. Ancaq bu itki demək deyil, kombayn həmin taxılı normal biçəcək. Bölgələrdən asılı olaraq bu yağış bəzi sahələrə ziyan vurub. Qərb bölgəsində meyvələrə təsir göstərib. Bəzi rayonlarda kartofçuluğa ziyan dəyib. Ancaq ümumi götürəndə istehsala ciddi mənfi təsiri yoxdur”.

M.Hacıyev bölgələrdə əkin sahələrinə və meyvə bağlarına dəyən ziyanın bahalaşmaya səbəb olmayacağını da vurğuladı: “Bəzi ekspertlər şərh verirlər ki, meyvələrdə və bəzi kənd təsərrüfatı məhsullarında bahalıq olacaq. Amma bir tendensiya gözlənilmir. Çünki iri fermer təsərrüfatlarına ciddi ziyan dəyməyib. Fərdi təsərrüfatlara, həyətyanı sahələrdəki əkinlərə ziyan dəyib. Bu da elə böyük bir miqyasda deyil. Ümumi yem istehsalına, xüsusilə də qarğıdalı əkinlərinə müsbət təsiri var. Saatlı rayonunda artıq təkrar əkin həyata keçirilir. Yığılan arpa və buğdanın yerinə yem bitkiləri, qarğıdalı və sair paxlalı bitkilər səpilir. Bu baxımdan bahalaşmanın olacağını gözləmirik. Yağışlar yığımlara bir qədər təsir göstərib. Təxminən 10 günə yerdə qalan məhsul da yığılacaq. Bu da bazarda məhsul bolluğuna səbəb olacaq”.

Sığorta məsələsinə gəlincə, Murtuzəli Hacıyev bildirdi ki, təsərrüfatına ziyan dəyən fermerlərdən kimlər əkin sahələrini sığortalayıbsa, onlar sığorta haqlarını 50 faizi dövlət tərəfindən ödənilmək şərtilə alacaqlar: “Lakin kimlər ki, təsərrüfatını sığortalamayıb, onlar heç nə almayacaqlar. Dövlət kənd təsərrüfatına yetərincə dəstək verir. Bildiyiniz kimi, 1 həftə öncə Nazirlər Kabineti qərar çıxartdı ki, pambıq bitkisinə də əlavə subsidiya verilsin. Hər hektara əlavə 40 manat subsidiya verilir. Təbii hadisələr nəticəsində dəymiş ziyanın kompensasiyası da bütün sığortalanan təsərrüfat sahiblərinə ödəniləcək”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.