Azərbaycan İdeyası

Ermənistanın Azərbaycana vurduğu ziyan - 818 milyard dollar

Tarix:18-11-2015, 14:06
Baxış Sayı:425

Ermənistanın Azərbaycana vurduğu ziyan - 818 milyard dollar


Ermənistanın işğalı nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupu “Silahlı erməni təcavüzü: itki və tələfatlarımız” mövzusunda hesabatın təqdimatını keçirib.
Öncə ermənilərin törədikləri vəhşilikləri, qətliamları və talanları əks etdirən sənədli film nümayiş etdirilib.
İşçi qrupun sədri Xanhüseyn Kazımlı deyib ki, qrupun apardığı işdə əsas məqsəd torpaqlar işğaldan azad edildikdən sonra işğalçıdan dəymiş ziyanın ödənilməsi, kompensasiya tələb edilməsi, bu məsələnin beynəlxalq səviyyədə qaldırılmasıdır.
Qeyd edilib ki, qrupun indiyə qədər apardığı hesablama nəticəsində Azərbaycan torpaqlarının işğalı nəticəsində əhaliyə 147,80 milyard, dövlətə 126,46 milyard dollar ziyan dəyib. Təbii sərvətlərə, maddi irsə və digər sahələrə dəyən ziyan da əlavə edilərsə, ümumilikdə Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəyə 818, 88 milyard dollar ziyan dəyib.
İşçi qrup dəymiş ziyanın hesablanması istiqamətində işi davam etdirir.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı