Azərbaycan İdeyası

Alma bağı davası qanlı bitdi - FOTO

Tarix:16-04-2018, 13:58
Baxış Sayı:403

 Alma bağı davası qanlı bitdi - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini, 1984-cü il təvəllüdlü Samir Mahmudovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Korrupsiya-q.az-ın Oxu.Az-ın məlumatına görə, ötən il sentyabrın 23-də Quba rayonunun Əliməmmədoba kəndində, alma bağında kənd sakini Samir Mahmudov münaqişə zəminində Xudat şəhər sakini, 1963-cü il təvəllüdlü Eldar Əhmədovun baş nahiyəsinə daşla vuraraq, onu qətlə yetirib.
Daxil olan məlumat əsasında hadisə yerinə RPŞ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Həmin gün S.Mahmudov Quba RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, S.Mahmudovun ölümünə aldığı xəsarət nəticəsində beyin toxumasına qansızma səbəb olub.
İstintaqın gedişatında, Mahmudovla Əhmədov arasında əvvəllər də bağ üstündə münaqişələrin olması müəyyən edilib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 Alma bağı davası qanlı bitdi - FOTO
 Alma bağı davası qanlı bitdi - FOTO
 Alma bağı davası qanlı bitdi - FOTO

OXŞAR XƏBƏRLƏR
Şəhid atası vəfat etdi - FOTO
Şəhid atası vəfat etdi - FOTO
Keçmiş müstəntiq Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
Keçmiş müstəntiq Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
Bakıda 7 evə girdilər - Sonda tutuldular
Bakıda 7 evə girdilər - Sonda tutuldular
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu
Kəmaləddin Heydərovun iki müavini vəzifədən azad olundu
Minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılacaq
Minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılacaq
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqləyib
Prezident BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiqləyib
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
"Beşiktaş"ın futbolçusunun vurduğu qol tarixə düşdü - VİDEO
"Beşiktaş"ın futbolçusunun vurduğu qol tarixə düşdü - VİDEO