Azərbaycan İdeyası

Məmurun oğlunu öldürən şəxsə hökm oxundu

Tarix:13-06-2016, 18:32
Baxış Sayı:543

 Məmurun oğlunu öldürən şəxsə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məmur oğlunu öldürməkdə təqsirləndirilən Elşən Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il noyabr ayında Nəsirov Elşən Nəzir oğlu əmisi oğlu Nəsirov Elnur Balaşirin oğlunu qətlə yetirib. Hadisədən sonra E.Nəsirov Nəsimi rayon Polis İdarəsinin 25-ci Polis bölməsinə könüllü təslim olub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub. Öldürülən Elnur Nəsirov Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı